Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda xanımların pulunu ələ keçirən internet FIRILDAĞI...
Bakıda xanımların pulunu ələ keçirən internet FIRILDAĞI...2-05-2023, 12:45 |
DİA.AZ: - Sosial şəbəkələr populyarlaşdıqca paralel olaraq internet dələduzluğu da geniş vüsət almaqdadır. DİA.AZ bildirir ki, beynəlxalq miqyaslı internet fırıldaqçılığı ilə yanaşı son zamanlar yerli dələduzlar da peyda olmağa başlayıb ki, bu da birbaşa olaraq vətəndaşlarımızı hədəfləyir, onlara ziyan vurur. Belə dələduz şəbəkəsinin biri ilə bağlı Rübabə Şəfibəy adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupunda xanımları uyarıb. Əsasən xanımları tora salan bu şəbəkə ilə bağlı xəbərdarlığında R.Şəfibəy yazır: "Salam xanımlar, instagramda bu səhifəni izləyirsinizsə, sizin də xəbəriniz olsun... Fırıldaqdırlar, camaatdan ilkin ödəniş adı ilə 25 manat pul alırlar, sonra da yoxa çıxırlar... Ehtiyatlı olun. Mənim də 25 manatımı aldılar, indi də heç bir mesaja cavab vermirlər... Bir neçə nəfərə də belə ediblər, paylaşın sizlər də zəhmət olmasa, hamı bilsin..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |