Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..."

"Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..."


14-04-2023, 17:35
"Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..."
DİA.AZ: - "Türkiyə vətəndaşı olan dostumla "OMD" adlanan xəstəxanada oldum. Gördüklərim birmənalı olaraq dəhşət idi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Savalan Talıblı "OMD" kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rastlaşdığı mənzərədən bəhs edərək bildirib.

"Orada çalışan tibb bacıları və xadimələr xəstələrdən beş manat almaqdan ötrü dəridən-qabıqdan çıxırlar" deyə etirazını ifadə edən S.Talıblı yazır:

"Hərəsinin öz qiyməti var. Tibb bacıları 10 manat , xadimələr 5 manat. Bu qiymətləri kim müəyyən edib. Oradakı fırıldağa diqqət yetirin. Xəstənin yanına valideyin buraxılmır.

Tibb bacıları xəstəni özü gətirir və səndən bir dəfə pulu "qapazlayıb alır". Ardınca da xadimə gəlir. O da səni "qapazlayır"... Bu biabırçılığın qabağını alan olacaqmı? Dövlət xəstəxanalarında hələ də bu cür özbaşınalıqlar var".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt