Əsas Səhifə > Güney Press > Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ12-04-2023, 12:49 |
![]() DİA.AZ: - Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir. Bu barədə DİA.AZ-a DİN-dən məlumat verilib. Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı, Sabirabad şəhər və rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Geri qayıt |