Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > `Şirin su`yumuz NECƏ ZƏHƏRƏ DÖNDÜ...

`Şirin su`yumuz NECƏ ZƏHƏRƏ DÖNDÜ...


11-04-2023, 12:29
`Şirin su`yumuz NECƏ ZƏHƏRƏ DÖNDÜ...
DİA.AZ: - "Şikayətim "Şirin su" şirkətindəndir. Mən "Şirin su"nun ən azı 4 illik müştərisiyəm". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Samir Əliyev adlı istifadəçi giley edir.

`Şirin su`yumuz NECƏ ZƏHƏRƏ DÖNDÜ...

Daha sonra narazı vətəndaş bildirir: "Belə ki, 3.80 Azn olan 19 litrlik suyun qiymətini sifariş verəndə dedilər ki qiymət 4.40 Azn olub. Ancaq bunu yazdılar. Əlavə heç bir təklifsiz. Mən də bildirdim ki, onda sifarişimi qeyd etməyin mən bazardakı digər su şirkətlərinin də təkliflərini araşdırım. Bundan sonra mənə bildirildi ki, bizde belə kampaniya var ki, 7 ədəd su aldıqdan sonra 8-ci pulsuz olacaq. Bununla da 1 bidon suyun qiyməti 3.85 AZN olacaq. Həmin gün evdə su bidiyi üçün məcbur bunlardan 4.40 manatdan aldım suyu. Bir neçə gün sonra bunlara yazdım ki, bidonları qaytarıb depozitimi geri götürürəm. Mənə soruşdular ki, niyə müştərilikdən çıxırsız. İzah etdim ki, mən sizdən imtina etməyincə mənə demirsiniz ki bizdə belə kampaniya da var. Mənə bu dəfə xanım bildirdi ki, müştəri imtina etməyincə və bizdən endirim və ya kampaniya barədə soruşmayınca biz kampaniya barədə məlumat vermirik. Mən facebook səhifələrinə də test üçün yenə yazıb qiymət soruşdum. Yenə də 4.40 Azn yazdılar və kampaniya barədə də heç bir məlumat vermədilər.
Belə...
Artıq müştərilikdən də çıxmışam.
27 martdan da sifariş vermişəm ki, gəlib bidonları götürsünlər və depozitimi qaytarsınlar. artıq aprelin 11-dir. Hələ də gəlməyiblər. Koment də yazanda pozurlar komentlərimi. Nə badə bu şirkətin müştərisi olasınız".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt