Əsas Səhifə > Güney Press, Reklam, Üst manşet > `Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR

`Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR


9-04-2023, 01:12
`Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR
DİA.AZ: - "Ümumiyyətlə bizim mobil operatorlar insanlara ancaq mənasız məhdudiyyətlər qoyub insanların hüququn pozmaqla məşğuldurlar. məsələn Azercell-in reklamı ilə gözümüzü mazol etdiyi “İstəsən” tarifi haqda sizlərə məlumat vermək istəyirəm ki, mənim kimi aldanmayasız". DİA.AZ-ın məlumatına görə, bu barədə "Müştərinin səsi" sosial qrupundakı etiraz mesajında qeyd olunur.

`Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR

Daha sonra narazı vətəndaş bildirir: "Məsələn, tarif çərçivəsində 10 GB internet almısız və və tarif çərçivəsində varsayılan olaraq hesablanan ölkədaxili 30 dəqiqəyə toplam 12.70 Azn hesablanıb. Təsəvvür edin ki, 25 gün sonra bu 10 Gb-ı xərcləyib bitirdiz. Məntiqli olan nədir?

`Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR
`Azercell` vətəndaşa necə PROBLEM ÇIXARIR

Siz, təzədən 12.70 ödəyib tarifi yeniləmək istəyirsiz. Amma dur, mənasız məhdudiyyətlər qoyan Azercell bilirsiz sizə nə deyəcək? Yox, yeniləyə bilməzsən. Get, çoxdan aktuallığını itirmiş 1 Gb= 5 Azn ya da 5gb=10 Azn əlavə internet paketi al. Təbii ki, “İstəsən”. İstəməsən, gözlə 1 ayın tamam olsun, orda burda wifi dilən. Bu tarifə keçmək istəyənlər bu faktı bilsin, ona görə qərar versin..."

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt