Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma, Reklam > `AZERCELL`in GİZLİ NÖMRƏ BİZNESİ: Məmurlar belə tələyə salınıb...
`AZERCELL`in GİZLİ NÖMRƏ BİZNESİ: Məmurlar belə tələyə salınıb...27-03-2023, 08:17 |
DİA.AZ: - Keçən həftə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanda satışa çıxarılan "Azercell" nömrələrinin astronomik həddə bahalığı idi. DİA.AZ bildirir ki, bu məsələ onsuz da sosial rifahı ciddi şəkildə geriləyən vətəndaşlarımız tərəfindən az qala ələ salınmaq kimi qəbul olundu. DİA.AZ olara məsələnin aktuallığını nəzərə alıb, qısa araşdırma apardıq. Bununla bağlı redaksiyamıza anonim olaraq danışan mütəxəssislərdən biri bildirdi ki, əslində "Azercell" zamanında öz nömrə biznesini yaxşı qura bilib və illərdir bu şirkət daxilində bəlli bir qrup var ki, "zerkalnı", "211-lə başlayan" və digər bu kimi adlar altında əslində adi nömrələrdən heç nə ilə fərqlənməyən mobil nömrələrini astronomik məbləğdə xırıd etməkdədirlər. Mənbə danışır: "Son olayda ortaya çıxan fakr başqadır. Burada satılan daha çox keçmiş məmur nömrələridir. Onlar zamanında imkanlı olublar və "Azercell"in məlum tələsinə düşüblər. İndi də vəzifələrini itirdiklərindən elə zənn edirlər ki, 100 minə adlqıları nömrəni məsələn, 30 minə sata biləcəklər. Eşitdiyimə görə, onların arasında hətta keçmiş Sosial Müdafiə Naziri Səlim Müslümov da var". Mənbə iddia edir ki, "Azercell"in daxilindəki həmin mafioz şəbəkə yenə də iş başındadır: "Sadəcə olaraq, fərqli formada fəaliyyət sürdürürlər..." Bu barədə növbəti materialda. Bizi izləməyə davam edin... Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |