Əsas Səhifə > Güney Press > Samir Salam həbs edilib

Samir Salam həbs edilib


13-03-2023, 12:30
Samir Salam həbs edilib
Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.

DİA.AZ Lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş daha bir şəbəkə ifşa edilib.

Geri qayıt