Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Respublika Dəri-Zöhrəvi Mərkəzində NƏ İŞLƏR ÇEVRİLİR...

Respublika Dəri-Zöhrəvi Mərkəzində NƏ İŞLƏR ÇEVRİLİR...


7-01-2023, 09:17
Respublika Dəri-Zöhrəvi Mərkəzində NƏ İŞLƏR ÇEVRİLİR...
DİA.AZ: - "Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər. Həkimlərə müəyyən məhdudiyyətlər tətbiq edildiyi kimi, xəstələrə də dərman və digər tibbi peraparatların yoxluğu bildirilir, onlara lazım olan dərmanları özlərinin almaları diqqətə çatdırılır. Həkim bunları xəstəyə deyəndə, təbii ki, xoş qarşılanmır. Halbuki, Respublika Dəri-Zöhrəvi Mərkəzini dərman peraparatı ilə TƏBİB təmin edir. Hərçənd, dövlətin verdiyi bir sıra bahalı dərmanlar qalsın bir yana, bəzi xəstəliklər üçün həkimlər ucuz dərmanlarla da təmin olunmurlar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli burada: Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır - Xəstələr türkəçarə mütəxəssislərinə müraciət etsinlər

Məqalənin davamında deyilir: "Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir. Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olur.

O da bildirilir ki, çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev, Baş həkimin müavini Sevil Yusifova, onlardan da ötsə kadrlar şöbəsinin işçisi Nuridə Almazova (Yeri gəlmişkən Nuridə Almazova baş həkimin əsas işlərini aparmasına dair məlumatlar dolaşır) icra edir - deyə saytlar yazıb.

Mətbuat onu da vurğulayıb ki, Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər "sıxma-boğmaya" salınarkən, nə səbəbə ər-arvad, bacı-qardaş, ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir. Yəni, daxili nizamnamə yol verirmi ki, bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?! Dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir. Orada vəziyyət necədir, aptek müdiri kimdir, işindən narazıdırmı, ixtisas sahibidirmi, bu tip suallara TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur, vurğulanıb. Və ya hər ay 300-500 manat pul verib “əlahəzrətin qılıncının altından keçənlərin” məqbul, verməyib “qeyri-məqbul” qiymət alanlardan TƏBİB rəhbərliyinin xəbəri varmı? Bu tip suallar bitəsi deyil, o vaxta kimi ki, TƏBİB rəhbərliyi tərəf tutmayıb, tərəfsiz qalacaq...

Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəssisslərinə müraciət etsinlər, fikirləri də mətbuatda yer alıb".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

QEYD: Mövzu ilə əlaqədar əlavə araşdırma yazımız olacaq. Bizi izləyin...

Geri qayıt