Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR...
Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR...20-05-2022, 11:50 |
DİA.AZ: - Suraxanı OİL, AzGerneft MMC, Balaxani OİL şirkətlərində işçilərin kütləvi ixtisarına başlanılıb. Bu barədə DİA.AZ-a sözügedən idarələrin birindəki işçilər məlumat verib. Narazı işçilər qeyd edirlər ki, ilk növbədə rəhbər şəxslərin ixtisarı aparılır, elələri də var ki, səbəbsiz yerə işdən çıxarılır: "Fəhlələrin də eyni qaydada ixtisar olunacağını deyirlər. Bunun axırı hara gedir, bilmirik..." İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... *** DİA.AZ bildirir ki, “Balakhani Operating Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının İnsan Resursları üzrə Nəzarətçi Vüqar Quliyev redaksiyamıza münasibət açıqlayıb. Açıqlamanı olduğu kimi təqdi edirik: "Bildirmək istərdik ki, internet saytınızda 20.05.2022-ci il tarixində gedən Suraxanı və Balaxanı Əməliyyat Şirkətlərində ixtisarlarla bağlı xəbərniz əsassızdır. Hər iki Şirkətdə ümümilikdə təqaüd yaşına çatmış 3 işçi işdən öz xahişi ilə ərizə yazaraq azad olunublar. Əlavə olaraq onu da qeyd etmək istərdik ki bu həftə ərzində 2 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısını Balaxanı Əməliyyat Şirkətinə işə qəbul etmişik". Geri qayıt |