Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Deputatın şirkətində dövlətin qanunları işləmir...

Deputatın şirkətində dövlətin qanunları işləmir...


13-04-2022, 10:35
Deputatın şirkətində dövlətin qanunları işləmir...
DİA.AZ: - “Kontakt Home” şirkətinin sahibi, millət vəkili Elnur Allahverdiyev barəsində ökə mətbuatında o qədər yazılıb ki, artıq bu yazılanlardan bir dastan bağlamaq olar. Görünəni də odur ki, bunca şikayətlərə rəğmən deputatın şirkəti ayağını dəng atmaq istəmir. Şikayətlər isə davam edir. DİA.AZ olaraq növbəti belə şikayəti təqdim edirik.

Deputatın şirkətində dövlətin qanunları işləmir...

"Dostum "Kontakt Home" Mağazasından "online" sifariş edib "Xiaomi" model telefon alıb. 2-3 gün işlətdikdən sonra batareyanın kəskin azalmasını hiss edib". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Zaur Əzimzadə adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Təzə telefon olmasına baxmayaraq normal saxlamır.Mağazaya yaxınlaşdıq Servise müraciət etməyimizi dedilər.Servisə getdik.Telefona baxış keçirildi və servisdə qaldı.Öz mütəxəssisləri baxışdan sonra heç bir problem tapılmadığını dedilər.Daha sonra rəsmi servisə göndərəcəklərini deyibler. Özünədə sadə telefon veriblər ki, götür hələlik işlət. 14 gün ərzində qaytarılma və dəyişdirilmə olduğu halda niyə belə uzadırlar ki???"

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt