Əsas Səhifə > Güney Press / Üst manşet > Ağstafanın icra başçısı biznesini DANIR

Ağstafanın icra başçısı biznesini DANIR


1-02-2022, 08:19
Ağstafanın icra başçısı biznesini DANIR
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Məlumatda qeyd olunurdu ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

O iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır.

DİA.AZ bildirir ki, bununla bağlı qarşı tərəf olaraq Ağstafa RİH münasibət açıqlamışdı:

Ağstafanın icra başçısı biznesini DANIR

"Məsələ ilə əlaqədar qeyd edirik ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy rayonunda biznesi mövcud deyildir. Məlumatda guya diametri 1 metr olan boru vasitəsi ilə 18 km uzunluğunda su xətti çəkildiyi qeyd olunur. Diametri 1000 millimetr olan boru vasitəsi ilə 1 bulaqdan istehsal müəssiəsinə eyni məhsuldarlıqla su xətti çəkilməsi real deyildir".

DİA.AZ bildirir ki, öz növbəsində informasiyanın qaynağı - araşdırmaçı-jurnalist Cavanşir Həsənli də əks arqumentlərini təqdim edib. C.Həsənli yazır:

"Aşağıda sizə təqdim etdiyim hesab icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevaya məxsusdur. Hesab Azərbaycanda ola bilsin ki, qapalıdır, o səbəbdən icra başçısının həyat yoldaşına məxsus hesabın fotolarını da əlavə edirəm.

https://az.linkedin.com/in/phd-cheshmi-hajiyeva-163545a8

https://dashlibulag.az/az/product"

Ağstafanın icra başçısı biznesini DANIR
Ağstafanın icra başçısı biznesini DANIR
Ağstafanın icra başçısı biznesini DANIR

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Geri qayıt