Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramiz Mehdiyevin kadrları ÇIXDAŞ OLUNACAQ...

Ramiz Mehdiyevin kadrları ÇIXDAŞ OLUNACAQ...


21-01-2022, 10:14
Ramiz Mehdiyevin kadrları ÇIXDAŞ OLUNACAQ...
DİA.AZ: - "Hal hazırda AMEA-daxilində bir silkələnmə var. Diqqət yetdirdikdə aydın şəkildə görə bilirik ki, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı bir hərəkətlənmə var və bu hərəkətlənmə konkret təşkilatlanmış formada icra olunmaqdadır". DİA.AZ bildirir ki, bunu redaksiyamıza mötəbər mənbə açıqlayıb.

Mənbəni iddia etdikləri:
"Ramiz Mehdiyev kifayət qədər təhlükəli fiqurdur. Bunu iqtidarda oturanlar yaxşı bilir və bu gün baş verənləri Mehdiyevlə haqq-hesab çürüdülməsi prosesinin ikinci mərhələsi kimi də qəbul etmək olar. Hər halda adi bir "hörümçək məsələsi"nin bu qədər şişirdilməsini təsadüfi hesab etmək olmaz.

Ramiz Mehdiyevin bu işdə ilk başda əsas katalizator olduğu aydın göründü. Sonradan isə Mehdiyevin özü "hörümçək toruna" salındı.

Bundan sonra nə baş verəcək? Hər halda prosesin start düyməsi basılıb və həkumətin arsenalındakı antimehdiyevçə ənənəvi ağızlar da AMEA şefinə qarşı "səlib yürüşünün" fəal ruporlarına çevriliblər.

Bunun nə ilə bitəcəyini təxmin etmək hələlik çətindir. Çünki burada Mehdiyevin müdafiə imkanlarını dəqiqliklə bilmək lazımdır".

Hökumətin nə edəcəyinə gəlincə isə, mənbəmiz diaaz.space-a bildirdi ki, bu yolda Ramiz Mehdiyevin kadrlarının bir-bir zərərsizləşdirilməsi gözlənilir: "Bu srada icra başçıları da var, nazir müavinləri də... Yəni onlar hədəfə alınacaq. İnandırıcı deyil ki, Ramiz Mehdiyev özü ilə yanaşı onları da qoruya bilsin. Hər halda Mehdiyevin himayədarları də rəsmi Bakının bu "islahatlarını" əngəlləyə bilməyəcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...


Geri qayıt