Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vəkillər Kollegiyası da Qarabağ Qazisinə qarşıdır?
Vəkillər Kollegiyası da Qarabağ Qazisinə qarşıdır?30-12-2021, 16:26 |
DİA.AZ: - "Məhkəmə hüquq sistemində özbaşınalıqlar , qeyri -prosessual peşəkarlıq o həddə çatıb ki, məhkəmələr qərarlarını verməkdən imtina edir, proses iştirakçısılarına şər-böhtan atmaqdan, şantaj etməkdən belə çəkinmirlər. Başlıca işi fiziki və hüquqi şəxslərin məhkəmədə müdafiəsini təmin etmək olan Vəkillər Kollegiyası da gerçəkdə məhkəmə hakimiyyətinə, dövlət orqanlarına, ittiham, istintaq, təhqiqat orqanına vəkillik edir! (?)" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "“Rəvan” sığorta şirkətinin Suraxanı icra məmuru Vüsal Əliyevlə cinayət əlaqəsinə girərək, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və təbii ki, icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasını ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məktub (?-M.B.) verməklə yarıqat edib yeməsindən 4 ilə yaxın vaxt keçir. Məhkəmənin icra sənədi olmadan vətəndaşın pensiyasının yarıqat edilməsi cinayət məsuliyyəti yaratsa da, nə prokurorluq, nə polis, nə də məhkəmənin özü açıq -aşkar korrupsiya, dələduzluq faktına nəinki hüquq qiyməti verir, əksinə, dələduz şirkətin, Suraxanı məhkəməsinin və icra və probasiya şöbəsinin cinayətini müdafiə edirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyev Suraxanı icra və probasiya şöbəsinə qarşı bildirişi iclasın vaxtından bir həftə sonra verdiyi qərardadla mümkün saymayıb ki, ümumi məhkəmə baxmalıdır. Bu özbaşınalıq apellyasiya və ali səviyyədə qüvvədə saxlanılıb. Bakı İnzibati Məhkəməsi ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddianı 3 dəfə mümkün saymayıb və hər üçündə Ali Məhkəmə bu qərardadları ləğv edib. Axırıncı dəfə qərardadı ləğv edilən Nəriman Abıyevin “daxili inamı” Qarabağ qazisininin icra sənədi olmadan pensiyasının yeyilməsini qanuni sayıb. Bu “daxili inam satqınlığını” qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarı 5 aydır (?) Qarabağ qazisinə verilmir ki, kassasiya şikayəti versin. Bircə Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev (bir neçə gün qabaq hakimlik fəaliyyətinə xitam verilib -M.B. ) 06.05.2019 tarixli qətnamə ilə Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasını qismən təmin edərək yediyi 350 manatın bərpasını qət edib. Ədliyyə Nazirliyinin icra və probasiya şöbəsinin diqtəsi ilə “Rəvan” sığorta şirkətinin şikayətvermə müddətini keçirməsinə baxmayaraq, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib, amma iddiaçı və müstəqil tələblər irəli sürən 3-cü şəxs Qarabağ qazisinin şikayətinin göndərilməsindən müddətin keçməsi bəhanəsi ilə imtina edilib. Bakı Apellyasiya Məhkəməsinin sədri Elşad Şamayev olan Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü 29.08.2019 tarixli qətnamə ilə aşağı instansiyanın aktını ləğv edib ki, icra sənədi olmadan qazinin pensiyasının yarıqat edilməsi qanunidir. Hətta icra sənədi olsa belə “İcra haqqında” qanunun 68.1 maddəsinin TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏSİNİ yerinə yetirərkən ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ doğrulaması da düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ qazisinin əleyhinə təfsir olunub. Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyü “xorla” bildirib ki, kassasiya şikayəti versə, mənzili əlindən alınacaq. Elşad Şamayev bu qeyri -prosessuallığına görə Ali Məhkəməyə təyinat alıb və Qarabağ qazilərinin çoxsaylı şikayətlərinə son qoymaq üçün “Rəvan” sığorta şirkətinin adından Yasamal məhkəməsində qazilərə qarşı xüsusi ittiham qaydasında cinayət işi sifariş edib! (?) Keçmiş həmkarı Ramin Qaraqurbanlı da şirkətin şərəf və ləyaqətinin olmamasına baxmayaraq, Qarabağ qazilərini bir neçə ay şirkətin “şərəf və ləyaqətini” ləkələməkdə xüsusi ittihamlı cinayət işi ilə şantaj edib. Elşad Şamayevin şantaja başı necə qarışıbsa, iddiaçı Qarabağ qazisinə ayırdığı vəkilin şikayəti yazmasını təmin etmək “yadından çıxıb” , 3-cü şəxs Qarabağ qazisinin vəkillə təminatı barədə ərizəsinə isə indiyədək baxmayıb. Qarabağ qazisinin kassasiya şikayəti bir ildən sonra artıq Elşad Şamayev Ali Məhkəmədə hakimlik edəndə Ali Məhkəmənin icraatına verilib. Təbii ki, Ali Məhkəmə öz hakiminin saxtalığını qüvvədə saxlayıb. Konstitusiya Məhkəməsi də qazinin şikayətini araşdırmaqdan imtina edib ki, işin faktiki hallarına toxunulub. (? ) 3-cü şəxs Qarabağ qazisinin kassasiya şikayəti vermək üçün vəkillə təminatı barədə ərizəsinə isə Məhkəmə Hüquq Şurasına, Ombudsmana, ali dövlət hakimiyyəti orqanlarına 2 illik çoxsaylı şikayətlərindən sonra 05.08.2021-ci ildə baxılıb və. .. Rəşad Həsənov, Məmməd Məmmədov və Vəfaddin İbayevdən ibarət üçlük vəkil ayrılmasından imtina edib. Səbəb kimi, 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarovun məhkəməyə məktub verməsi göstərilir. Guya 09.01.2019 tarixli qərardadla 3-cü şəxs Qarabağ qazisinə vəkil edilmiş Eldar Əliyarov qazinin telefona cavab verməməsi nədəni ilə şikayəti yaza bilməyib. Bəyəm şikayət telefonla yazılır və vəkilin zəngi necə sübut olunur? Ən başlıcası, Elşad Şamayev 29.08.2019 tarixli qətnaməsindən 8 ay qabaq- 09.01.2019-cu ildə kassasiya şikayəti verilməsi üçün vəkili necə ayıra bilər? Deyə bilərsiniz ki, texniki yanlışlıq olub, axı texniki yanlışlıq bir dəfə olar, Rəşad Həsənovun 05.08.2021 tarixli vəkil ayrılmasından imtina edən qərardadında bütün hallarda bir neçə dəfə 09.01.2019 tarixli qərardadla vəkil ayrılması vurğulanıb. Yəni, cinayətkar saxtalıq, vətəndaşın məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyulması göz önündədir. Ümumiyyətlə, 3-cü şəxs Qarabağ qazisinin tələbi üzrə heç bir qərar qəbul edilməyib. 9 saylı vəkil bürosu indi də şikayəti yazmaqdan imtina edir ki, iş üzrə heç bir qərar qəbul edilməyib və yataq xəstəsi Qarabağ qazisi yenə də telefona cavab vermir. Qarabağ qazisinin başqa bürodan vəkil ayrılması tələbinə isə elə cavab verilir ki, bilmirsən, Vəkillər Kollegiyası məhkəməyə vəkillik edir, yoxsa məhkəmədə müdafiəçiyə ehtiyacı olan Qarabağ qazisinə? ! Ötən gün Ombudsmanın sorğusuna cavab olaraq, VK-nın müavini Aydın Axundov bildirib ki, 06.08.2021 tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün qaziyə vəkil ayrılıb və yazılıb. Özbaşınalığa baxın, qazi 05.08.2021 tarixli qərardadla ona vəkil ayrılmasından imtina edilməsindən şikayət edir, Vəkillər Kollegiyasının müavini isə 06.08.2021 tarixli qərardaddan danışır. Belə hüquqla, belə müdafiə saxtakarlığı ilə 3-cü şəxs Qarabağ qazisinə heç pələng ilində də vəkil ayrılmasına ümid yoxdur". İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləfin mövqelərini işıqlandırmağa hazırıq.. Geri qayıt |