Əsas Səhifə > Güney Press > "Sizə qurban olum, doğulmayan qızlarınızı öldürməyin"

"Sizə qurban olum, doğulmayan qızlarınızı öldürməyin"


6-07-2021, 16:49
"Sizə qurban olum, doğulmayan qızlarınızı öldürməyin"
“Bayaq feysbukda Azərbaycan xəritəsi gördüm. Xəritədə ölkədə yeni doğulan qız övladlarının çoxluq təşkil etdiyi bölgələr qırmızı, oğlan övladların çoxluq təşkil etdiyi bölgələr göy rəngdə rənglənmişdi. Təəssüf ki, cəmi iki bölgə qırmızı rəngdə idi və bu, təbii yolla bu cür olmur”.

Musavat.com xəbər verir ki, bu sözləri teleaparıcı İlkin Həsəni sosial şəbəkədə yazıb. O, qız övladlarının abort edilməsini qınayıb:

“Qızı olacağını bilib, onun doğulmasından imtina edənlər səbəbi ilə belə olub. Vallah mən özümü kiməsə məsləhət verəcək ağıl sahibi hesab etmirəm. Amma bircə onu deyə bilərəm ki, kaş hər kəs qız atası, qız anası ola bilsin. O zaman bunun Allahın necə lütfü, necə neməti olduğuna şahid olacaqsınız. Bu sözlə yazılıb ifadə edilə bilinməyəcək qədər xoşbəxtlikdir.

Dünən dörd dost dəniz kənarında idik. Dördümüz da övlad atası. Amma məndən başqa üç dostumuz yalnız oğul atası idi. Dostların hamısı dəniz kənarındakı qız uşaqlarına elə məhəbbətlə, elə sevgi ilə baxırdı ki. Təbii ki, o dostlara Allah yalnız oğul övlad nəsib edib deyə oğul atasıdırlar. Kaş o dostlar da daxil olmaqla hər biriniz qız övladına sahib olasınız.

Sizə qurban olum, doğulmayan qızlarınızı öldürməyin”.


Geri qayıt