Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Onunla haqq-hesabın vaxtı yaxınlaşır...

Onunla haqq-hesabın vaxtı yaxınlaşır...


1-12-2020, 10:57
Onunla haqq-hesabın vaxtı yaxınlaşır...
DİA.AZ: - Keçən günlərdə də məlumat verərək bildirmişdik ki, 27 sentyabr tarixindəın etibarən bir yumruq kimi birləşən Azərbaycan xalqının müharibə ovqatı bütün dünya tərəfindən həsədlə müşahidə edilsə də, müəyyən neqativ məqamlarımız da diqqətə gəldi ki, bu da onsuz də cəmiyyətdə neqativ reputasiyaya malik olan oliqarx-məmurlarımızla bağlı idi. Onlar özlərini millətin ümumi ab-havasına uyğun tərzdə nümayiş etdirməməklə yanaşı, müharibə dövründə ortalıqda belə görünmədilər.

DİA.AZ bildirir ki, bu gün ən çox tənqid olunanlardan biri də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevdir. Sosial şəbəkələrdə DGK sədrinin nədən ortalıqda görünmədiyi aşağıdakı kimi tənqid olunub: "Səfər Mehdiyev niyə orduya yardım etmədi? Məgər pulu yoxdur? Deyəcəksiniz ki, yox, DGK adından orduya yardım edilib. Bunu hamı edər... Hamı bacarar ki, işçilərin maaşından tutub orduya yardım fonduna köçürəsən... Səfər Mehdiyev az qala 25 ildir ki, Gömrük sistemini qarət edir. Öz şəxsi hesabından, özünə aid şirkətlərdən orduya yardım edərdi... Bunu da etmədi. Gərək müharibə tam bitəndən sonra onunla bağlı da, onun kimilərlə bağlı da ölçü götürülsün..."

Son olaraq diaaz.space-a daxil olan məlumatlardan aydın olur ki, Səfər Mehdiyevin bu şəkildə davranışı, özünü millətdən biri kimi hiss etməməsi "yuxarıların" da nəzərindən yayınmayıb və yayına da bilməzdi.

Mənbənin diaaz.space-a söylədikləri: "Yaxın günlərdə çox sərt addımlar atılacaq. Rəsmi Bakı necə ki, bu Vətən Savaşında Azərbaycanın yanında yox, Qarşısında olan Fransa kimi ölkələrlə bağlı sərt tədbirlərə tədarük görür, eləcə də daxildəki "fransızlar"a qarşı da anoloji reaksiyalar, sərt münasibət sərgilənəcək".

Mənbə bu reaksiyanın nədən ibarət olacağını isə belə ifadə etdi: "Təbii ki, ilk əvvəl vəzifəsini, sonra əlindəki əmlakını və azadlığını itirəcək. Hər halda, Səfər Mehdiyevi qanun qarşısına çıxarmaq üçün bu günə qədər yetərincə əsaslar var..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt