Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İlham Əliyev Azərbaycanı hara aparır?

İlham Əliyev Azərbaycanı hara aparır?


15-04-2020, 15:38
İlham Əliyev Azərbaycanı hara aparır?
DİA.AZ: - İlk dəfə seçiləndə də, sonrakı səfərlərdə də müqəddəs Qurana and içdi. Azərbyacn dövlətinin Ana Yasasına - Kostitusiyamıza istinad edərək millət qarşısında vəd verdi.

Dedi ki...

Nə dedikləri hər kəsin yadındadır. Mənim yadımda qalanlardan biri bu idi... Bilmirəm, cənab Prezidentin hansı çıxışı idi, amma unutmadığım çıxışlarından biridir... Dedi ki, mən 50 milyonluq Azərbaycan xalqının Prezidenti olacam.

İnandım və inanıram.

Ona görə inandım ki, ən azından ifadənin özü belə ağır idi. Həm o vaxt, həm də bu gün... (Allah eləməsin ki, sabah da belə olsun)

İnandım ki, təkcə mənim yox, həm də Güney Azərbaycanda olan qardaşlarımın, həm də Dərbəndi paytaxt edən şimaldakı, Kərkükə-Mosula sığınan ta ucqar cənubdakı millətimin hayına çatan bir Prezidentim var. Çünki 50 milyonluq miqyasın arealı - əsas coğrafiyası belədir.

İnancımda yanılmadım da.

Əslində, tam səmimi etiraf edim ki, son parlament seçkilərindən sonra... qırılmışdım! Ona görə ki, özüm də bir namizəd olaraq 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa iddialı idim. Demirəm ki, mütləq əksəriyyət trəfimdə idi. Amma dediyim o idi ki, ən azından hazırki deputatdan qat-qat üstün idim. Lakin vəziyyət belə cərəyan etdi və gördüyüm o oldu ki, hələ də mübarizə aparmalıyıq... Cənab Prezidentlə əl-ələ verərək... Ona qarşı gedərək YOX!

***

Niyə ona qarşı gedərək ... YOX! Səbəbini özüm üçün çözdüm. Sizə də izah edim.

Təbii ki, Azərbaycan İsa peyğəmbərin doğulduğu şam ağacının altı qədərində müqəddəs deyil. Və Azərbaycanda da bütün dünya üzrə DEMOKRATİYANIN BEŞİYİ olaraq nişan verəln ABŞ qədərində, inanıram ki, ondan da az insan haqları pozulur. Belə də olmalıdır. İdeal insan olmadığı kimi, nə idel cəmiyyət var, nə də ideal dövlət.

Amma hər kəsin başa düşə biləcəyi situasiyalar və hər kəsin anlayacağı durumlar, həm də hər kəsin qəbul edə biləcəyi şəxslər - şəxsiyyətlər var.

İlham Əliyev məhz ODUR!

***

Deyim niyə... Ona görə yox ki, Bizim Azərbaycan pandemiyaya qarşı layiqincə dirəniş göstərir... Narazılar da var... Evinə-özünə yığımayıb narazı qalanlar yetərincədir. Bununla işim yox. Hətta dövlətin ayırdığı və ayıracağı paydan narazılıq edənlər də yetərincədir. Elə bəndəniz də narazıdır bu pay bölgüsündən.

Amma hər şeyə fərdi yanaşmalı olmadığımız bir məqamda hər şeyi qarnımızın doyum əmsalı ilə ölçürüksə, ən xırda bir şeyə belə dözümsüz olacağıq və səbr etməyərək üsyan həddi nümayiş etdirəcəyik.

Demirəm ki, dövlətimizin pulu yoxdur, səbr edin... Deyirəm ki, SƏBR EDİN...

***

Çünki ortada bir niyyət var.

***

İlham Əliyevi hədəfə alanlar istədiklərini deyirlər. Amma onu ittiham edənlər də yaxşı başa düşürlər ki, əgər İlham Əliyev məhz onların təqdim etdiyi kimi bir ünvan olsaydı, onlar həmin ittihamları nəinki səsləndirə bilməzdilər, ağıllarından belə keçirə bilməzdilər.

***

Sübutu?

***

Sübut təqdim etməyəcəm.

***

Ola bilsin ki, bu gün kimsə hansısa şəxsin sıxıntılı durumunu sübutlayan faktı mənə təqdim edib bura qədər yazdıqlarımı inkar etməyə çalışacaq... Guya bunlar dünənə qədər yox idi? Guya məni inkar etməyə çalışan kimsə MƏHƏMMƏD ƏRSOYdan artıq biridir? Hər halda keçdiyim yol hər kəsə bəlidir.

Bəlli olmayanı isə indi deyirəm. Təbii, zəif görünən cəhətlər var... Amma güclü olanı, tərəzinin gözünə ağır basanı bilirsinizmi nədir: İLHAM ƏLİYEV sahiblənib bu millətə...

***

İşini layiqincə yetirəcək, ya yox... Bunu zaman göstərəcək. Hələliksə, bütün saniyələr, dəqiqiələr onun xeyrinə işləyir...

Məhəmməd ƏRSOY
diaaz.space-ın baş redaktoru

Geri qayıt