Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Heybət İmanov “Əmək qabiliyyəti olmayan və 2-ci qrup əlilliyi”ndən necə qurtuldu?
Heybət İmanov “Əmək qabiliyyəti olmayan və 2-ci qrup əlilliyi”ndən necə qurtuldu?6-06-2019, 12:31 |
Əmək və əhlinin sosial müdafiəsi naziri Sahil Babayevin nazirlikdə apardığı kadr islahatları və yerdəyişmələri bir çox maraqlı nüansları ilə yadda qalır. Belə kadrlardan biri isə Sahil Babayev tərəfindən nazirliyin daxili nəzarət şöbəsinin müdiri təyin edilən Heybət İmanov adı çəkilir. RealMediaaz.space xəbər verir ki, sabiq nazir Fizuli Ələkbərovun dövründə ƏSMM-in “qara kassa”sı rolunda çıxış edən Heybət İmanov Səlim Müslümovun nazir təyinatından sonra vəzifəsindən kənarlaşdırıldı. Bildirilir ki, Heybət İmanov ƏSMN-dən çıxarılsa da, işsiz qalmayıb, Hesablama Palatasında şöbə müdiri müavini vəzifəsinə “transfer” olunub. Artıq 1 ilə yaxındır ƏSMM-ə qayıdan və nazirliyin əsas strukturlarından biri olan daxili nəzarət idarəsinin müdiri vəzifəsinə təyinat alan Heybət İmanovla bağlı sosial şəbəkədə ilginc məlumat yayılıb. RealMediaaz.space xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda Dövlət İmtahan Mərkəzinin 27 noyabr 2018-ci il tarixdə elan etdiyi müsahibədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit Şöbəsinə müdir vəzifəsinə keçmiş Heybət İmanovun 2-ci qrup əlil olduğu və qabarıq yaddaş pozğunluğu, idrakın enməsi, vestibülyar pozuntuları olan, radikulopatiyadan əziyyət çəkən xəstə olduğu bildirilir. Məlumatda Heybət İmanovun 2-ci qrup əlil olduğu, yalnız xüsusi şəraitdə əmək fəaliyyətilə məşğul ola biləcəyi qeyd edilir. Həmin xəstəliyin müalicəsi və reabilitasiyası hələ elmə məlum deyil. Hətta nazirliyin saytından əldə olunan rəsmi çıxarışda bu adamın əmək qabiliyyəti olmadığı da qeyd olunub. Əmək qabiliyyəti olmayan və 2-ci qrup əlilliyi olduğu halda, Heybət İmanovun imtahan verməsi isə maraqlı məqamlardan biridir. Görünür ƏSMM naziri Sahil Babayev Heybət İmanovu işə götürərkən onun şəxsi dosyesindəki Əmək qabiliyyəti olmayan və 2-ci qrup əlillik məsələsinin ciddiyə almayıb. Ancaq məsələnin ölkə mətbuatında gündəmə gəlməsindən sonra Heybət İmanovun təcili əl ayağa düşdüyü və məsələni “yolun”a qoydğunu deyə bilərik. Bu günləri əldə etmişik ki, Heybət İmanov artıq Əmək qabiliyyəti olmayan və 2-ci qrup əlillik məsələsindən qurtulub və daxili nəzarət idarəsi müdirinin şəxsi dosyesi artıq “təmizlənib”. Bu da çox müəmmalıdır! Mövzuya qayıdacağıq. RealMediaaz.space olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Geri qayıt |