Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağstafada məmurlar ağacları budaq-budaq gəzir...
Ağstafada məmurlar ağacları budaq-budaq gəzir...3-06-2019, 12:22 |
DİA.AZ: - "Ağstafada məmurlar tut ağaclarını budaq-budaq gəzir. Yazıqlar bu istidə ağac başında qalıblar". Bu sözləri DİA.AZ-a deyən rayondakı məmurlardan birinin sözlərinə görə, rayonun barama planının doldurulması məqsədilə icra başçısı təkcə kəndliləri yox, idarə və müəssisə işçilərini, rayon icra nümayəndələrini belə barama üçün yarpaq toplanılmasına cəlb edib. Mənbənin diaaz.space-a söylədikləri: "Başçımız təzədir, bəlkə dəişin qaydasını bilmir, kimləri bu işə cəlb etmək lazımdır...bundan xəbərsizdir. Amma bilməlidir ki, əgər bir icra nümayəndəsi kostyum-qalstikla yarpaq toplayırsa, bundan effektiv nəticə ala bilməz. Həm də icra nümayəndəsinin vəzifə öhdəlikləri də icra olunmamış qalar". İddia olunanlarla bağlı Ağstafa RİH-dən məlumat öyrənmək istəsək də, kimsə danışmaq istəmədi. İcra başçısının isə "ərazidə" olduğu deyildi... Geri qayıt |