Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ənvər Seydiəliyev sakitcə getmək istəyir...

Ənvər Seydiəliyev sakitcə getmək istəyir...


30-08-2019, 16:29
Ənvər Seydiəliyev sakitcə getmək istəyir...
DİA.AZ: - Ağsuya hazırda rəhbərlik edən icra başçısı Ənvər Seyidəliyevlə bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Səlim Müslümovun yaxın qohumu olan Ağsunun icra başçısı nəinki vəzifədən alınmasına tədarüklüdür, hətta vəzifədən alındıqdan sonra barəsində hər-hansı hüquqi araşdırmanın aparılmamasını da özü üçün şükürlü sayır.

Mənbənin diaaz.space-a söylədikləri: "Ənvər Seyidəliyev yaxınları ilə söhbətində aşkar şəkildə ifadə edir ki, Ağsu RİH başçısı postunda davam edən hər günü onun üçün qızıla bərabərdir. Başçı sevinir ki, onu işdən çıxarmamaları bir yana, ona toxunmurlarsa, ondan "ayın neçəsidir" deyə soruşmurlarsa, bunun özü belə qazancdır".

Qeyd edək ki, Ənvər Seyidəliyev bu gün Ağsuda rəsmən "Seyidəliyevlər Xanədanı" qurub və onun onlarla yaxın qohumu vəzifədədir. Səlim Müslümov görəvdən alındıqdan sonra isə Seyidəliyevin mövqeləri kifayət qədər zəifləsə də, hələ də Ağsudakı hökmranlıqlarını qoruyub saxlamaqdadır.

Məlumatlı mənbə diaaz.space-a açıqlamasında onu da bildirib ki, yaxın vaxtlarda Seyidəlieyvlə bağlı yekun qəar veriləcək: "Onun çıxarılması gözlənilir. Başçı isə gedişə hazır olsa da, həbsinə hazır deyil. Ona görə də Səlim Müslümov başda olmaqla digər himayədarları da Seyidəliyevin rahatlıqla yola salınmasına çalışırlar".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt