Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > В«Atilla-MakinaВ» sumqayıtlı fəhlələrin pulunu niyə vermir?
В«Atilla-MakinaВ» sumqayıtlı fəhlələrin pulunu niyə vermir?27-01-2017, 11:12 |
![]() Sifarişçisi SOCAR olan Sumqayıtdakı В«SOCAR Ammonia and Urea ComplexВ» müəssisəsinin fəhlələri yanvarın 27-də etiraz aksiyası keçiriblər. Bu barədə müəssisənin əməkdaşı Ülfət Həsənqarayev məlumat verib. Onun deməsinə görə, etiraza səbəb maaşların yubadılmasıdır. В«Maaşları yubadırlar, biz indi dekabr ayının maaşını alacağıq . Bizə pulu В«Atilla-MakinaВ» şirkəti ödəyirВ». Ü.Həsənqarayev deyir ki, bu, fəhlələrin ilk etirazı deyil. Dekabr ayında da maaşda belə yubanma olub. Ancaq etirazlardan sonra noyabrın maaşlarını ala biliblər. В«İndi də bizə dedilər ki, gedirik maaşları gətirməyəВ». Ü.Həsənqarayev deyir ki, pulları ana şirkət olan В«SamsungВ» ödəyir: В«Onların nümayəndələri bizimlə söhbətdə pulları В«Atilla-MakinaВ»ya vaxtında ödədiklərini bildirirlərВ». Məsələyə, hələlik, zavod rəhbərliyinin və sözügedən şirkətdən münasibət almaq mümkün olmayıb. Geri qayıt |