Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur
Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur31-08-2016, 11:09 |
![]() Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasientlərdən ödəniş tələb olunur. Bu barədə AzNews.az-a klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib. Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur. Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub. Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub. ![]() Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb. Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında faktı təsdiqləyib: “Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur”. Geri qayıt |