Əsas Səhifə > Güney Press > "Brilliant Dadaşova toyda "Nənəm-nənəm" oxuyur"
"Brilliant Dadaşova toyda "Nənəm-nənəm" oxuyur"28-07-2016, 13:51 |
![]() Xalq artisti Səməd Səmədov və müğənni Niyam Salami Brilliant Dadaşovanın sirrini açıb. Axşam.az-ın məlumatına görə, N.Salami “Hər şey daxil" verilişində aparıcılar Sevil və Sevincin “Müğənnilər var ki, efirdə deyirlər, toyda bayağı mahnı oxumarıq, ayıbdır, mənə yaraşmır” sözlərinə belə cavab verib: “Sübut deyim, Brilliant Dadaşova… Amma toyda belə mahnı oxuyur. Bir nəfərin toy diskinə baxırdım. Brilliant xanım “Nənəm-nənəm” oxuyurdu. Əgər xalq bunu istəyirsə, niyə bəyənmirsən?”. S.Səmədov ifaçının sözlərini təsdiqləyərək, B.Dadaşova ilə bağlı daha bir hadisə danışıb: “Brilliant Dadaşovaya hörmətim böyükdür. Amma neçə il bundan əvvəl ondan toyda xahiş ediblər ki, “Səhər saat 7-də” mahnısını oxu, oxuyub da. Bizdən toy yiyəsi nə istəsə, onu oxumalıyıq”. Geri qayıt |