Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Masallıda QAZ ÜSYANI
Masallıda QAZ ÜSYANI15-06-2016, 12:35 |
![]() Masallı rayonunun 20 minə yaxın əhalisi olan Ərkivan qəsəbəsi, Qəriblər, Kosagül kəndlərinin qaz xətləri kəsilib. Səbəb kimi isə əhalinin qaz sərfiyyatına görə borclu olduğu göstərilir. Ərkivan qəsəbə sakini, В«Cənub XəbərləriВ» qəzetinin redaktoru Zahir Əmənov deyir ki, qazpulu borcu şişirdilib: 2800 ABONENTDƏN 2670-İ BORCLUDUR? В«2009-cu ildə qazpulu borcları silinəndə də, rəqəmlər şişirdilmişdi. İndi deyirlər ki, qəsəbə sakinlərinin 349 min manat borcları var. Halbuki, bu rəqəm 35 min manatdır. Onların dediklərindən belə çıxır ki, 2800-ə yaxın abonentdən 130 nəfərin borcu yoxdur, qalanların hamısının borcu var. Deyirlər ki, 100 manatdan yuxarı borcu olanların qazını kəsirlər. Belə borcu olanların sayı 500 nəfərdən çoxdur. Ancaq qəsəbəyə gələn əsas xətti kəsiblər. Mənim borcum yoxdur, mən də qazsız qalmışam. Ramazan ayında bunu düzgün iş hesab etmirəmВ». Qəsəbənin digər sakini Möhübbət Məmmədovun deməsinə görə, hər ay qazpulu ödəyib, çeklər əlindədir. Lakin ona da borc yazıblar: В«ÖDƏMƏLƏR HARA GEDİR, BİLMİRİKВ» В«Qaz gəlmir. Mənə də 378 manat borc yazıblar. Ödəmələr yerindədir. Deyirlər ki, keçmiş borclardır. Sayğac qoyulmamışdan əvvəlki ayları deyirlər. Onda da pul ödəmişəm. Tək mənə yazmayıblar, çox adama borc yazıblar. Ödəmələr də hara gedir, bilmirik. Bu pullar axı köçürülürВ». Möhübbət Məmmədov deyir ki, qazsızlığa öyrəşməyə çalışırlar: В«BALON QAZI ALMIŞAM, ONU İŞLƏDİRƏMВ» В«Nə istisindən yararlana bilirəm, nə də hamam işlədə. Balon qazı almışam, onu işlədirəm. Neçə illərdir ki, sayğac quraşdırıblar, indi borcu istəyirlər. Belə idisə əvvəlki illərdə bu məsələni qaldıraydılar da...В». Ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbli də deyir ki, təbii qazın kəsilməsi əhalinin borcları ilə bağlıdır: BƏLƏDİYYƏ SƏDRİ: В«BORCUM YOXDUR, QAZIMI KƏSİBLƏRВ» В«Borca görə kəsiblər. Əhalinin, deyirlər, 300 min manatdan yuxarı borcu var. Mənim borcum yoxdur, mənim də qazımı kəsiblər. Əslində, fərdi qaydada kəsməli idilər, belə düz deyil. Gözləyirik, yaxın vaxtlarda bunu həll etməlidirlər. Qazı kəsəndən sonra bildik. Müraciət etdik, dedilər, borca görə kəsilibВ». Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədova müraciət etdik. O, suallarımıza cavab verməkdən imtina etdi. В«AzəriqazВ» İstehsalat Birliyinin saytında isə Masallı rayonunun Ərkivan qəsəbəsində təbii qazın kəsilməsi barədə hər hansı bir məlumata rast gəlmədik. Halbuki, Birlik təmirə görə harada qazın verilməsini müvəqqəti dayandırırsa, bunu öz saytında ictimaiyyətə çatdırır. Geri qayıt |