Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Neftçalanı В«işğalВ» etmiş adam
Neftçalanı В«işğalВ» etmiş adam27-05-2016, 11:17 |
![]() Azərbaycanda hər bir icra başçısının öz yanında В«boz kardinalВ» saxlaması adi hala çevrilib. Daha doğrusu, bunu ənənəyə çevirərək, işlərini asanlıqla yürüdə bilmək istəyən icra başçılarının bəziləri seçim məsələsində yanlışa yol verirlər. Yəni, seçdikləri və şans tanıdıqları В«boz kardinalВ»ların bəziləri onların özlərini tələyə salaraq, maraqlarına xidmət etmələrinə məcbur qoyurlar. JAM.AZ xəbər verir ki, Neftçala rayonun kiçik olmasına rəğmən, ölkənin sənaye baxımından ən aparıcı rayonlarından biri olub. Sovet dönəmində təkcə neft və qaz çıxarılması ilə deyil, həm də iri Yod-Brom və Balıqartırma Zavoduna malik olmasına rəğmən, kasıb olaraq qəbul edilən yaşayış məntəqəsidir. Elə bu gün də В«Yarımçıq İsmayılВ» kimi tanınan icra başçısı İsmayıl Vəliyevin yaratdığı mühitdən dolayı güzəranını güclə qurur neftçalalılar. Qeyd edək ki, İsmayıl Vəliyevin bir zamanlar böyük imkanlar yaratdığı В«Gəncəli RafiqВ» kimi tanınan В«boz kardinalВ»ı artıq onun başına bəla olmağa başlayıb. Çünki zamanında yaranmış vəziyyətdən səmərəli istifadə edən sözügedən şəxs rayonda heç bir vəzifə tutmasa da, vəzifə başında xeyli sayda adamları var. JAM.AZ В«GəncəliВ» Rafiqin vəzifəyə təyin etdiyi şəxslərin siyahısını araşdırarkən, məlum olub ki, İsmayıl Vəliyev istəsə belə В«boz kardinalВ»a söz deyə bilməz. Siyahını təqdim etməmişdən əvvəl bildirək ki, Rafiqin belə bir ləqəb qazanması təsadüfi deyil. O, əslən Gəncə şəhərindədir və sovet dönəmində Neftçala rayonunda işləmək üçün təyinat alıb. Həmin vaxtdan rayonda qalıb, bir çox müəssisə və idarənin müdiri kimi çalışıb. Böyük maddi resurslara malikdir. İndi isə siyahıyla tanış olun: - В«Gəncəli RafiqВ» rayonda idarəçilik sahəsində kifayət qədər bacarıqlı kadr sayılan icra başçısının birinci müavini Dilavər Əliyevi işdən çıxartdıran şəxsdir. Həmin posta isə heç bir təcrübəsi olmayan Vurğun Əkbərovu təyin etdirib. - Toraq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin keçmiş müdiri Mustafa Əliyev. В«GəncəliВ» Rafiq onu Neftçala İcra Hakimiyyətində şöbə müdiri təyin etdirib. Səbəbi isə Mustafanın bir zamanlar onun xidmətində yüksək səviyyədə durmasıdır. - Yaxın dostu Aydın Aslanov Neftçala şəhər Bələdiyyəsinin sədri gətirilib. - В«GəncəliВ» Rafiqin həyat yoldaşı 3 saylı orta məktəbin direktorudur. - Neftçala Şəhər İcra Nümayəndəliyinin başçısı Gülqədəm xanımı da məhz Rafiq vəzifə başına gətirib. Ona dəstək üçün isə Gəncədən həmyerlisi Aslanı gətirərək, əvvəlcə bazarkom kimi işlədib, daha sonra isə İcra Nümayəndəliyinin baş mühasibi kimi işlə təmin edib. - Neftçala Şəhər Kommunal Təsərrüfat İdarəsinin müdiri Seyid Mirmehdi də bu vəzifəyə Rafiqin sayəsində yiyələnib. - В«GəncəliВ» Rafiq maraqları üçün heç bir şeyi nəzərə almayan şəxs olaraq tanınır. Məsələn, o, bir müddət əvvəl rayonun Yeniqışlaq kənd bələdiyyəsinin sədri, şəhid atası İmanxan Orucovu işdən çıxarmaq üçün ləkələməkdən belə çəkinməyib. Yerinə isə öz adamını gətirməklə məsələni bitmiş hesab edib. JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Neftçala rayonunda vəzifə başına keçmək istəyən şəxsin mütləq В«GəncliВ» Rafiqlə münasibəti olmalıdır. Hətta münasibəti olmasa belə, onun ətrafıyla yaxın əlaqəyə malik olması şərtdir. Bu əsnada araşdırmalar zamanı o da məlum olub ki, В«GəncəliВ» Rafiq təkcə vəzifələrə adam yerləşdirməklə pul qazanmır. Onun həmçinin biznesi də var. Həmin obyekt və sahələrin siyahısı isə aşağıdakı kimidir: - Rayonun ən gözəgəlimli yerində В«Autoturist-OtelВ» restoranı; - Rayonun girəcəyindəki Yem İstehsalı Zavodunu özünün taxıl anbarına çevirib; - Neftçala camaatının istirahət yeri olan Axmaz deyilən ərazini özünün şəxsi nohuruna çevirib; - Min hektarlarla torpaq sahəsinə malikdir; - В«AqrolizinqВ»in regional idarəsinə öz adamını təyin etdirən В«GəncəliВ» Rafiq bununla gətirilən bütün gübrə və dərmanların, habelə kənd təsərrüfatı texnikalarını şəxsi məqsədləri üçün istifadə edir. Hətta onları satmaq hüququna da malikdir. - Şirvanlı kəndi ərazisindəki kurort zonasından özü və yaxınları üçün torpaq sahələri əldə edib; - Həmin kənddəki qum karxanası ona məxsusdur. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |