Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub
Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub7-03-2016, 10:19 |
![]() Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib. İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb. DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub. DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub. DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər. Geri qayıt |