Ermənistan Azərbaycanla sülhün institutlaşdırılması üçün səylərini davam etdirəcək.
Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında "Report"un Avropa bürosunun sualına cavab verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Əlbəttə ki, biz sülh prosesinin daha da institutlaşdırılması üçün səylərimizi davam etdirəcəyik. Mən sülh sazişinin imzalanması və ratifikasiyasını nəzərdə tuturam", - o bildirib.
Ermənistan XİN başçısı əlavə edib ki, İrəvan "sülh sazişinin imzalanma yeri və tarixinin müəyyənləşdirilməsi üzrə məsləhətləşmələrə dərhal başlamağa" hazır olduğunu artıq bildirib.









