Ermənistan-Avropa İttifaqı (Aİ) birinci sammiti 2026-cı il mayın 5-də İrəvanda keçiriləcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, sammit "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinin başa çatmasından sonra keçiriləcək.









