Təhsil Nazirliyinin tabeliyindəki idarə təmir işləri üzrə tenderin qalibini müəyyənləşdirdi.
"DİA-AZ" xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin həyata keçirilməsi ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Tenderin qalibi “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 4 milyon 321 min 148 manat 68 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 4 milyon 536 min 133,33 manat idi.
Satınalma Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilib.
"Koneks Construction" daha öncə də qurumdan 3 milyon 285 min manat dəyərində 567 manat dəyərində məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması işləri ilə bağlı sifariş alıb.









