Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya yerləşdirilib.
Bu barədə Lent.az-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.
“Nəriman müəllim reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – köməkçisi bildirib.
Xalq şairi uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
Xatırladaq ki, Nəriman Həsənzadə 2 aya yaxındır xəstəxanada müalicə alır.









