Havanın yağıntılı keçəcəyi gözlənilir .....                     Aİ Ermənistana 500 milyon avro ayıracaq .....                     Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı .....                     AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Rusiyada azərbaycanlıya .....                     Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir .....                     Rusiyada böyük biznesi olan sabiq deputatın oğlu Bakıda restoran açıb .....                     Paşinyan Ermənistanda milli azlıqlara rüşvət təklif etdi .....                     Ramiz Mehdiyev oğlunu Patruşevlə niyə tez-tez görüşdürürmüş? .....                     “Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir” .....                     “Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə” .....                     Zəngəzur dəhlizi 2026-da işə düşür, Avropa gecikərsə... .....                     Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb .....                     Nazir iki idarə rəisini vəzifəsindən azad etdi .....                     Mehdiyev İbrahimbəyovu niyə Həsənli ilə əvəz edib? .....                     Ermənistan hələ də Aİ-nin "qara siyahı"sındadır .....                     Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir .....                     Adil Qeybulladan qorxunc proqnoz .....                     Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi .....                     Xalq artisti Mehriban Xanlarovanın MÜDAFİƏSİNƏ QALXDI .....                     “İçkili idim, əldə etdiyim qızılları lombarda verdim” .....                     Mehdiyevlərin Bank BTB-si batır .....                     Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı... .....                     Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib .....                     Buralar yenə də zibilxanaya çevrilir: HARA BAXIRSINIZ? .....                     Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi .....                     İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB? .....                     Kəmaləddin Heydərovun 6 müavini qaldı .....                     Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu .....                     Əli Kərimli təkadamlıq kamerada saxlanılır .....                     Tiflisdən Zəngəzur həmləsi .....                     Bir sıra məktəblərdə 9,2 milyon manata təmir və abadlıq işləri görəcək .....                     Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir .....                     İrəvan mühüm tarix açıqladı: gələn martda... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub .....                     Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi iddiasını polis araşdırır .....                     Əmək haqqılarının ödənilməsi qaydaları... .....                     Banklardan yeni dollar fırıldağı .....                     ABB müştərilərinə zəmanət verə bilmir... .....                 

Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir - MÜSAHİBƏ
Tarix: Bu gün, 11:56 | Çap et

Noyabrın 30-da Gürcüstanın paytaxtı Tbilisidə bir qrup azərbaycanlı və erməni jurnalist arasında "media nifrətə və düşmənçiliyə qarşı" mövzusu müzakirə edilib. Görüşdə Bakı Media Klubunun rəhbəri, media məsələləri üzrə ekspert Arif Əliyev, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna.az" informasiya saytının baş redaktoru Elçin Şıxlı iştirak ediblər. Qeyd olunub ki, müzakirələrdə məqsəd peşəkar medianın millətlərarası münasibətlərin tənzimləməsində rolunu artırmaq və nifrət nitqlərindən istifadə etməməkdir. Azərbaycan və Ermənistan deputatlarının, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərindən sonra media nümayəndələrinin də görüşü diqqət çəkir. Görüş barədə Sherg.az-a ətraflı danışan Bakı Media Klubunun rəhbəri Arif Əliyev deyib ki, Tbilisidə keçirilən tədbir Azərbaycan-Ermənistan münasibətlərinin mediada işıqlandırılması ilə bağlı idi.

- Arif müəllim, Tbilisidə Azərbaycan və Ermənistan jurnalistləri arasında keçirilən görüşün təşəbbüskarı kim idi?

- Bakı və İrəvan "Pressklub"ları birgə televiziya yaradıblar və orada müxtəlif mövzular üzrə verilişlər yayımlanır. Bu, kifayət qədər oturuşmuş bir təşəbbüsdür. Buna əlavə olaraq, uzun araşdırmalar zamanı gördük ki, keçmiş "Qarabağ münaqişəsi" ilə əlaqədar, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinə dair bir çox terminlər ya təhrif olunur, ya unudulur, yaxud da jurnalistlər həmin terminlərin mənasını bilmirlər. Ona görə çox vaxt kobud səhvlərə yol verilir. O səbəbdən bununla əlaqədar izahlı lüğət hazırlanır. Söhbət "Qarabağ münaqişəsi"nə dair terminlərin izahlı lüğətindən gedir. Jurnalistlərə və mediaya, politoloqlara kömək məqsədilə bu addım atılıb. Digər sənəd isə Azərbaycan-Ermənistan münasibətlərində, xüsusən ermənilərin Azərbaycana münasibətlərində çoxlu stereotiplərin toplanması ilə əlaqədardır. Onların bəziləri çox zərərlidir. Sülh prosesində irəliləyiş mərhələsində bu cür stereotiplər nədir, necə yaranır və onları hansı formada aradan qaldırmaq mümkündür? Üçüncü məsələ "Azərbaycan-Ermənistan münasibətlərinin mediada işıqlandırılması qaydaları" ilə bağlıdır. Bu, bir növ tövsiyə, məsləhət xarakteri daşıyır və kimlərəsə göstəriş üçün deyil. Sadəcə, bu mövzularda "hansı şərtlərə necə əməl olunmalıdır" sualına cavablar müəyyənləşir. Tbilisidə məhz bu sənədlərin son mərhələdə müzakirəsi idi. Artıq layihələr hazırdır. Görüşdə bizim tərəfdən "Pressklub TV"nin məsul şəxsləri, ekspert kimi Qulu Məhərrəmli, Elçin Şıxlı və mən idim. Ermənistan tərəfdən isə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyanın rəhbərlik etdiyi nümayəndə idi. 

- Təmaslarınız Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri arasındakı görüşlərdən öncə başlayıb?

- Bu proseslər çox əvvəldən başlayıb və uzun mərhələni əhatə edir. "PressklubTV" artıq 2023-cü ildən bu istiqamətdə fəaliyyətə başlayıb. Düzdür, təxminən 2-3 ay əvvəl birgə kanal şəklində formalaşandan öncə də Ermənistanda və Azərbaycanda ardıcıl bu tipli verilişlər təqdim olunurdu. Bir çox ekspertlərimiz uzun müzakirələr mərhələsindən keçiblər. Yəni prosesə çoxdan start verilib. Təbii ki, bu proses getdikcə yeni formalar alacaq. Sülh perspektivinin yaxınlaşması ilə əlaqədar, münasibətlərin genişlənməsi ilə bağlı yeni-yeni formatlar gündəmə gələcək. Bu formatlardan biri də Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri arasındakı görüşlərdir. Ancaq biz sırf media münasibətləri çərçivəsində və birbaşa media ekspertlərinin, profesionalların iştirakı ilə bu təşəbbüsü reallaşdırmışıq.

- Vətəndaş cəmiyyətlərinin görüşlərindən sonra hər iki cəmiyyətdə neqativ baxışlar da gündəmə gəldi. Sizin Tbilisidəki məlum təmaslarınızı da sosial şəbəkədə tənqid edənlər vardı. Etimad mühitinin formalaşması nə qədər çətin proses olacaq?

- Əlbəttə, çox çətin prosesdir. Narazılır olacaq, istəməyənlər, qarşı çıxanlar, ehtiyat edənlər olacaq. Bunları başa düşürük və olmasını təbii qarşılayırıq. Ona qalsa, Ermənistan cəmiyyətində fikir ayrılığı, etirazlar daha böyükdür və tez-tez rast gəlinir. Elə bunların aradan qalxması və etimad mühitinin formalaşması üçün uzun proses keçməliyik və hazırda bu proses gedir. Təbii ki, bunun üçün nələrsə edilməlidir. Sadəcə oturub gözləməklə, "elə olacaq, belə olacaq" deməklə iş bitmir. Nələrsə etməli, hansısa fəaliyyəti ortaya qoymalıyıq ki, mənfi tendensiyalar azalsın, onları müsbət tendensiyalar əvəzləsin. Vurğuladığım sənədlər buna xidmət edir. Cəmiyyət, daha doğrusu, etiraz edənlər bir şeyi başa düşməlidir ki, bütövlükdə medianı QHT-lərin fəaliyyətinə bağlamaq olmaz. Bizim işimizdə QHT-lərdən də, dövlət orqanlarından da münasibətlər var. Yəni media proseslərin necəliyindən, hansı mərhələdə olmasından asılı olmayaraq, peşəkarlıq qaydaları ilə hamısını işıqlandırır. Eyni zamanda sülh təşəbbüslərinin, sülh rüşeymlərinin daha tez irəliləməsinə, genişlənməsinə media olaraq kömək edə, dəstək verə bilərik. Necə ki, media nifrətin güclənməsinə yardımçı ola bilər, eləcə də sülhün və birgəyaşayışın irəliləməsinə köməklik göstərə bilər. Fəaliyyətimizi "dostluq, yaxud düşmənçilik çağırışı" kimi qiymətləndirmək bir məhdudiyyətdir, yəni məhdudluğun nəticəsidir. Mediaya düzgün olmayan baxışın nəticəsidir. Medianın işi bu iki məfhumdan daha genişdir.

- Yəqin ki, monitorinqiniz olur. Qısa müddət keçməsinə rəğmən, media müstəvisində ilkin müsbət nəticələri sezmək mümkündürmü?

- Əlbəttə, mümkündür. Məsələn, biz bu formatdan kənar 3-4 aydan bir medianın monitorinqini aparırıq. Bir çox maraqlı cəhətlərə diqqət yönəldirik. Aydınlaşır ki, media indiki mərhələdə daha çox hansı məsələləri müzakirə edir, gündəmə gətirir və mövzular getdikcə necə dəyişir. Materialların tonallığı, xüsusiyyəti, yəni tənqidi, yaxud müsbət yanaşmanın necə dəyişməsi bəlli olur. Media daha çox hansı mənbələrdən istifadə edir, hansı ekspertlərin fikirlərinə yer verir. Digər yandan, medianın diqqətini cəlb edən ən neqativ cəhətlər, proseslər, risklər hansılardır. Monitorinqlər onu göstərir ki, 2023-cü ildən etibarən, yəni suverenliyin bərpasından bu yana materialların sayında böyük artım var. Materialların tonallığında ciddi dəyişiklik var. Yəni müsbət xarakterli, ümid vəd edən, sülhü təşviq edən materiallar kəskin artmaqdadır və bu, dinamik prosesdir. Ekspertlərə müraciətlər də çoxalır. Bu da medianın yetkinliyinin, peşəkarlığının, fikirlərə ehtiyatla, diqqətlə yanaşmasının göstəricisidir. Azərbaycan ekspertlərinin Ermənistan mediasında, erməni ekspertlərin bizim mediada görünməsi, öz fikirlərini cəmiyyətlə bölüşməsi də sürətlə artır. Bunların hamısı müsbət xarakterli meyillərdir. Əlbəttə, həmişə ehtiyatlı olmaq lazımdır. Amma bu ehtiyatlılıq bizim sülh və əməkdaşlığımıza mane olmamalıdır. Çünki söhbət bölgədə təkcə iki dövlətin münasibətlərindən yox, geosiyasi mənada çox böyük proseslərdən gedir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Havanın yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:31
Aİ Ermənistana 500 milyon avro ayıracaq
Bu gün, 12:23
Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı - “2 min hərbçi orada nə edirdi?”
Bu gün, 12:19
AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib - DİQQƏT
Bu gün, 12:09
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR
Bu gün, 11:59
Rusiyada azərbaycanlıya 12 il HƏBS CƏZASI
Bu gün, 11:58
Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir - MÜSAHİBƏ
Bu gün, 11:56
Rusiyada böyük biznesi olan sabiq deputatın oğlu Bakıda restoran açıb - atası isə pulları Rusiyaya daşıyır...
Bu gün, 11:50
Paşinyan Ermənistanda milli azlıqlara rüşvət təklif etdi - “Joğovurd”
Bu gün, 11:48
Ramiz Mehdiyev oğlunu Patruşevlə niyə tez-tez görüşdürürmüş? - Teymur Mehdiyevin ŞOK FOTOSU YAYILDI
Bu gün, 11:46
“Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir” - ŞOK xəbərdarlıq
Bu gün, 11:38
“Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə” - QALMAQAL
Bu gün, 11:32
Zəngəzur dəhlizi 2026-da işə düşür, Avropa gecikərsə... - AKTUAL
Bu gün, 11:28
Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb
Bu gün, 11:26
Nazir iki idarə rəisini vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 11:18
Mehdiyev İbrahimbəyovu niyə Həsənli ilə əvəz edib? - ŞOK DETALLAR
Bu gün, 11:14
Ermənistan hələ də Aİ-nin "qara siyahı"sındadır
Bu gün, 11:10
Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir - GƏLİŞMƏ...
Bu gün, 11:03
Adil Qeybulladan qorxunc proqnoz - “Qrip pandemiyası olacaq, ölüm halları da arta bilər”
Bu gün, 10:57
Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi – QƏRAR
Bu gün, 10:56
Xalq artisti Mehriban Xanlarovanın MÜDAFİƏSİNƏ QALXDI - “Ayıbdır axı, günahdır, niyə onun əziyyətini yerə vurursuz?”
Bu gün, 10:53
“İçkili idim, əldə etdiyim qızılları lombarda verdim” - TƏFƏRRÜAT
Bu gün, 10:50
Mehdiyevlərin Bank BTB-si batır – “kassir” Rzanın başı dərddə
Bu gün, 10:43
Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı... - "Telefonlarımızı tələb edirlər ki..."
Bu gün, 10:37
Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib - "Reuters"
Bu gün, 10:32
Buralar yenə də zibilxanaya çevrilir: HARA BAXIRSINIZ? - KİMİN NƏ MARAĞI VAR Kİ?
Bu gün, 10:31
Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi - DETALLAR
Bu gün, 10:16
İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB? - KİMLƏR VAR SİYAHIDA?
Bu gün, 10:10
Kəmaləddin Heydərovun 6 müavini qaldı - SİYAHI
Bu gün, 10:01
Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:58
Əli Kərimli təkadamlıq kamerada saxlanılır - Yeni məlumatlar
Bu gün, 09:47
Tiflisdən Zəngəzur həmləsi - Nə baş verir?
Bu gün, 09:43
Bir sıra məktəblərdə 9,2 milyon manata təmir və abadlıq işləri görəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 09:41
Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir - AMMA...
Bu gün, 09:37
İrəvan mühüm tarix açıqladı: gələn martda... - Bakıdan reaksiya
Bu gün, 09:34
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:26
Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi iddiasını polis araşdırır - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
Əmək haqqılarının ödənilməsi qaydaları... - DİQQƏT
Bu gün, 09:23
Banklardan yeni dollar fırıldağı - diqqətli olun!
Bu gün, 08:26
ABB müştərilərinə zəmanət verə bilmir... - "Deyəsən, ölkədə etibarlı bank yoxdur..."
Bu gün, 08:23
Azərbaycanın sabiq naziri vəfat etdi
Bu gün, 08:06
Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... - AKTUAL
Bu gün, 08:05
BİRBANK'ın absurd TƏHLÜKƏSİZLİK TƏDBİRİ - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
"Bravo"da polietilen torbalar bahalaşdı - FOTO
Bu gün, 07:37
Tramp Maduroya VAXT QOYUBMUŞ - həmin vaxt da bitib...
Bu gün, 07:25
Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş - İTTİHAM VAR...
Bu gün, 07:18
Uduşu verə bilməyəcəkdinizsə... - NARAZILIQ VAR...
Bu gün, 07:10
Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb - KİV
Bu gün, 07:00
İsmayıllıda Əfqan Qəribov adlı kabus... - yaşıllığa daraşıb...
Bu gün, 06:47
“Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür - Natiq Cəfərli
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru