Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib.
Teleqraf-ın məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.
Qeyd esək ki, Zakir Hilal oğlu Abdullayev vaxtilə Ali Sovetin deputatı da olub. 1991-ci ildə Ayaz Mütəllimov tərəfindən nazir vəzifəsinə təyin edilən Z.Abdullayev bir il sonra Əbülfəz Elçibəy tərəfindən işdən azad edilmişdi.










