"Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli başda olmaqla bir qrup radikal müxalifət nümayəndəsi saxlanılmışdır. Başqa dövlətlərin vasitəsilə dövlət çevrilişinə cəhd etmək, hakimiyyəti zorla dəyişmək planlarını qurmaq və həyata keçirməyə çalışmaq iqtidarda kimin olmasından asılı olmayaraq bağışlanılmazdır". "DİA-AZ " xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Ana Vətən Partiyasının sədri Elçin Ağamalı qeyd edib.
AVP sədri daha sonra bildirir: "Bunun bir adı var: Xalqına və dövlət quruluşuna xəyanət. Xəyanəti isə bağışlamaq olmaz. Əminəm ki, ölkəmizin beynəlxalq nüfuzunun artdığı, bölgəmizdə və dünyada gedən proseslərdə əhəmiyyətinin önə çıxdığı bir dövrdə dövlətin əsaslarına qarşı qeyri konstitusion və siyasi cəhətdən qeyri etik mübarizə yolunu seçmiş bütün qüvvələrə qarşı amansız mövqe ortaya qoyulacaq və bütün xəyanətkar qüvvələr layiqli cəzalarını alacaqlar. Uyğun zamanı gözləyən bu qüvvələrin qarşısı gələcək güclü Azərbaycan naminə qətiyyətlə alınmalıdır...'










