30 dekabr 2025-ci il tarixində, saat 11:00-da "Zərif Mahud” Açıq Səhmdar Cəmiyyətində (VÖEN: 1600303371, hüquqi ünvan: AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Zəki Məmmədov, Ev.3) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2405 ünvanında Wyndham Garden Baku otelində baş tutacaq.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. “Zərif Mahud” ASC-nin hazırki statusunun və cari vəziyyətinin müzakirəsi;
2. Digər məsələlər.
Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün ilqarnuri12@gmail.com e-mail ünvanına müraciət edə bilərsiniz.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi təqdim etməyiniz xahiş olunur.








