ADSEA 16 rayonda açıq meydançaların tikintisi işlərini aparacaq.
İqtisadiyyat.az-ın məlumatına görə, Agentliyin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.
Belə ki, "Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işləri həyata keçirilməsi nəzərdə tutulur.
Həyata keçiriləcək işlərə sərf ediləcək məbləğin 1.474.054,56 manat olacağı proqnozlaşdırılıb.









