Abşeron rayonunda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Rafael Həmidulla oğlu Məmişovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.
Məlumata görə, mərhum spirtli içki aludəçisi olub. Onun spirtli içkidən zəhərlənərək öldüyü ehtimal edilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.









