Xalq artisti, sevilən müğənni Elmira Rəhimova müalicəsini evdə davam etdirir.
Sənətkarın övladı Anand Əliyev bu haqda Moderator.az-a açıqlama verib:
“Anam bir neçə gündür ki, xəstəxanadan evə buraxılıb. Hazırda ev şəraitində müalicə alır. Müalicələri mərhələli şəkildə davam edir. Yeməyini yeyir, özü-özünü idarə edir. Bir az yaddaş pozğunluğu yaranıb. Parkinson xəstəliyi ilə yanaşı, təzyiq və şəkərdən də əziyyət çəkir”, - deyə o bildirib.









