“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsi şuadiaqnostika və radioloji otaqları izolyasiya etdirir.
Pravda.az-ın xəbərinə görə, mərkəz bu məqsədlə 87 556 AZN xərcləyib.
Xidmət “Neutron” MMC tərəfindən göstərilir.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.









