Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                     Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü .....                     Trampın oğlu Ermənistana səfərini ləğv edib .....                     Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI .....                     Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib .....                     SOCAR-ın başbilənləri üçün TAMPACA .....                     Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... .....                     “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır .....                     İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... .....                     Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                 

12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Tarix: Bu gün, 09:24 | Çap et

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” - bu sözlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Məhz onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğumuzun möhkəm hüquqi bünövrəsini formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Azərbaycanın konstitusiya quruluşu tarixən mürəkkəb və çoxşaxəli inkişaf yolu keçib. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti özünün Əsas Qanununu qəbul etməyə macal tapmamışdı. İlk Konstitusiya sənədi 1921-ci ildə Sovet Azərbaycanı dövründə qəbul edilmiş, sonrakı 1925, 1927 və 1937-ci illərdə müxtəlif redaksiyalarla yenilənmişdir. 1978-ci il Konstitusiyası isə tarixi bir hadisə ilə yadda qaldı - Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi sənədə daxil edildi. Bu dəyişiklik təkcə bir hüquqi düzəliş deyil, milli özünüdərkin və gələcək müstəqilliyin ideoloji başlanğıcı idi.

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunsa da, yeni Konstitusiyanın qəbuluna qədər olan dövrdə siyasi sabitlik və hüquqi idarəetmə böhranı ölkəni ciddi sınaqlarla üz-üzə qoydu. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı kimi ölkədə sabitlik yaratdı, hüquqi dövlətin əsaslarını müəyyənləşdirdi və Əsas Qanunun hazırlanması prosesinə rəhbərlik etdi.

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin tarixdən etibarən Azərbaycanın dövlətçiliyində yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan olundu və bu tarix hər il dövlətçilik bayramı kimi qeyd edilir.

Konstitusiyanın qəbulu Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri oldu. Bu sənəd ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafını hüquqi əsaslarla tənzimləyən, insan hüquq və azadlıqlarını ali dəyər kimi müəyyən edən mükəmməl hüquqi sistemin əsasını qoydu. Konstitusiyanın 48 maddəsi birbaşa insan və vətəndaş hüquqlarının müdafiəsinə həsr olunub, burada dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqlara malik olduğu təsbit edilib.

Hüquqi dövlət quruculuğunun davamı kimi, 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması bu sahədə mühüm dönüş nöqtəsinə çevrildi. Konstitusiya Məhkəməsi qanunların Əsas Qanuna uyğunluğunu təmin etməklə hüquqi sabitliyin, ədalətin və qanunçuluğun keşiyində dayanır.

Zamanın çağırışları və inkişaf tələbləri nəzərə alınaraq Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə dəyişikliklər edilib. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə və yeni təsisatların, o cümlədən Birinci vitse-prezidentlik institutunun yaradılmasına xidmət edib. Bu dəyişikliklər dövlətin sabitliyinə və vətəndaş rifahına yönəlmiş strateji addımlar kimi dəyərləndirilir.

2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə, 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu hadisələr Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə təmin olunması ilə nəticələndi. Məhz bu reallıqları və Əsas Qanunumuzun qəbulunun 30 illiyini nəzərə alaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı isə bu sahəyə mühüm töhfə verən, hüquqi dövlətin inkişafında xüsusi xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətdir. Bu, dövlətimizin Konstitusiya dəyərlərinə, qanunun aliliyinə və insan hüquqlarına verdiyi önəmin bariz göstəricisidir.

Bu gün Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin sütunu, milli birliyimizin və suverenliyimizin rəmzidir. O, həm tarixi irsimizi, həm də gələcəyə yönəlmiş inkişaf strategiyamızı özündə birləşdirir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan bu Əsas Qanun bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün reallıqlarına uyğun olaraq yaşayır, yenilənir və Azərbaycanın qüdrətinə xidmət edir.

Konstitusiya Günü - dövlətimizin hüquqi möhkəmliyinin, vətəndaş həmrəyliyinin və müstəqil Azərbaycanın sarsılmaz gələcəyinin bayramıdır.

Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru