Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU .....                     Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... .....                     Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? .....                     SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? .....                     Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı .....                     Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA .....                     Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? .....                     “Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” .....                     Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... .....                     “Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” .....                     Maşın bazarında qiymətlər QALXACAQ .....                     Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? .....                     “Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir .....                     2-ci əl telefon satan türk şirkəti bağlanır .....                     Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib .....                     "Bakı yoltikintiservis"in səhmdarları toplanır .....                     Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... .....                     Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir .....                     “Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" .....                     Mehdiyev müxalifəti niyə və necə ələ alıb? .....                     Hacı Surxaydan Prezidentə MÜRACİƏT .....                     Dövlətin əsas qanunu: Konstitusiya... .....                     Müstəqil dövlətin Konstitusiya günü .....                     Pensiyalarla bağlı gözlənilən anons verildi .....                     Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək .....                 

“Bu səfər İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulmasında önəmli rol oynaya bilərdi” - Sərdar Cəlaloğlu
Tarix: 6-05-2025, 14:10 | Çap et
“Bu səfər İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulmasında önəmli rol oynaya bilərdi”
İsrailin Baş naziri Benyamin Netanyahunun 7-11 may tarixlərində Azərbaycana planlaşdırılan səfəri təxirə salındı. İsrail mediasının məlumatına görə, səfərin təxirə salınmasının səbəbi bölgədəki son vəziyyətdir.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Benyamin Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə qeyd olunub.

Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının İsrailə zərbələr endirməsi, İsrailin cavab tədbirləri Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirmiş oldu. Eyni zamanda, İsrail Suriyadakı hədəfləri atəşə tutub ki, o hədəflər arasında Türkiyənin dəstək verdiyi qüvvələr də var. Bu amillər ekspertlərin qənaətincə, Netanyahunun səfərinin təxirə salınması səbəblərindən biri kimi göstərilir.

Eyni zamanda, başqa bir məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bildirilir ki, Türkiyəyə məxsus F-16 qırıcıları ilk dəfə olaraq İsrail hərbi təyyarələri ilə üz-üzə gəlib. Hadisə İsrailin Suriyaya qarşı apardığı genişmiqyaslı hava hücumları zamanı baş verib. Məlumata görə, Türkiyə təyyarələri Suriya hava məkanına daxil olaraq İsrail qırıcılarına xəbərdarlıq siqnalları göndərib.

"Sözçü" qəzetinin məlumatına görə, eyni zamanda, İsrailin hava hücumları zamanı Türkiyə ilə əlaqəli olan “Sultan Murad” və “Süleyman Şah” kimi silahlı qruplaşmaların bazalarına da zərbələr endirilib.

Bu hadisə Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da sərtləşəcəyi ehtimalını artırır və regionda potensial hərbi qarşıdurma gözləntilərini gücləndirir.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasətçi, Azərbaycan Dermokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Netanyahunun Bakıya səfəri zamanı yaxşı razılaşmalar olacağına ümidlər böyük idi:

- Azərbaycan İsrail-İran və İsrail-Türkiyə arasında vasitəçi rolunu üzərinə götürə bilər. Uzun illərdir ki, bu ölkələr arasında zaman-zaman gərginliklər, diplomatik savaşlar gedir. Azərbaycan İsrail-Türkiyə, İsrail-İran arasında diplomatik münasibətlərdə vasitəçi kimi böyük töhfələr verə bilər. Mən demirəm ki, Netanyahunun səfəri ilə İsrailin İran və Türkiyə ilə arasında olan problemləri tam həll olunacaqdı, amma Bakının töhfələr verəcəyi bəlli idi. Hətta bundan əvvəl də Azərbaycanın vasitəçilik etdiyi, həmin ölkələrin nümayəndələrinin Bakıda görüşlərinin keçirildiyi barədə qeyri-rəsmi məlumatlar var. Hansı ki, həmin məlumatlar təkzib edilməyib.

Amma bu günlərdə İranın Yəməndəki proksi qüvvəsi sayılan “Ənsar Allah” (husilər) təşkilatı İsrailin hava limanına hücum edib. Belə bir vəziyyətdə əlbəttə, dövlət başçısı ölkəni tərk edə bilməz. Netanyahunun ofisi Baş nazirin səfərinin təxirə salındırığı bildirib və eyni zamanda, bu hücumun arxasında hansı dövlətin dayandığını bildiklərini bəyan edib. Burada hamımız bilirik ki, israil İranı nəzərdə tutur. Ola bilsin ki, bəzi qüvvələr İranın proksisinin İsrailə hücum etməsini istədi, gərginliyin yaranmasında maraqlı oldu. Əslində bu gərginlik İrananın özünə də lazım deyil. Tehran çalışırdı ki, münaqişəli vəziyyət aradan qalxsın, müəyyən qədər münasibətlərdə yaxşılaşma olsun. Amma hansısa qüvvə buna imkan vermir. Bu onu göstərir ki, Yaxın Şərqdə gərginliyin qalmasında hansısa qüvvə maraqlıdır.

- Həmin qüvvələr hansılardır?

- Mən onu dəqiqliklə deyə bilmərəm. Amma məsələn, bu günlərdə Fransa, ABŞ və İraq Kürd Muxtar Vilayətinin Baş naziri Necirvan Bərzani yığışıb Suriya ərazisində yeni bir kürd muxtariyyətinin yaradılmasını müzakirə ediblər. Bu o deməkdir ki, yenidən Yaxın Şərqdə, Suriyada etnik münaqişə alovlanacaq. Halbuki Suriyadakı kürdlər hakimiyyətə bağlı olduqları barədə bəyanat verdilər, silahları təhvil verdilər. Suriyadakı proseslərin əsas hərəkətverici qüvvəsi, Suriyada sabitliyi təmin etməyə çalışan Türkiyənin bir şərti var: burada hansısa muxtariyyətdən söhbət gedə bilməz. Amma baxın, yenidən ABŞ, Fransa və bir də İraqdakı muxtariyyətin başçısı Suriyada da muxtariyyətin yaradılması haqqında danışırlar. Beləliklə, məncə, Yaxın Şərqdə gərginliyin qalmasında, sabitliyin yaranmamasında maraqlı olan qüvvələrin kim olması ehtimalı güclənir.

- İsrailin Suriyaya müdaxiləsi Türkiyə tərəfindən sərt qarşılandı. Məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bütün bunlar nələrə səbəb ola bilər?

- Yenə də qayıdırıq Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasına. Hesab edirəm ki, bu səfər İsrail-Azərbaycan əlaqələrinin inkişafında nə qədər önəmli rol oynayacaqdısa, İran-İsrail və Türkiyə-israil münasibətlərinin yoluna qoyulmasında da bir o qədər önəmli rol oynaya bilərdi. Amma dediyim kimi, buna qarşı olan qüvvələr Yaxın Şərqdə gərginliyin artmasında maraqlı oldular. Təbii ki, İsrailin də, Türkiyənin də Suriyada maraqları var. Türkiyə Azərbaycanın qardaşı və müttəfiqidir. İsrail də Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Biz istəmirik ki, bu iki dövlət arasında gərginlik olsun. Məhz Netanyahunun Bakıya səfərində bu məsələlər müzakirə olunacaqdı. Dediyim odur ki, Bakının Ankara və Təkl-Əviv arasında vasitəçiliyi problemlərin həllində önəmli olacaqdı. Hesab edirəm ki, Suriyada stabilliyin bərqərar olmamasında maraqlı qüvvələr gərginliyə səbəb olan addımlar atdılar və nəticədə yenidən qarışıqlıq yaranmış oldu. Amma Türkiyənin də, İsrail də səbr nümayiş etdirməklərində fayda var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU - FOTOFAKT
Bu gün, 11:51
Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... - “İllərlə işlədik, indi isə səbəbsiz işdən çıxarıldıq”
Bu gün, 11:45
Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? - ARAŞDIRMA
Bu gün, 11:43
SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? - ETİRAZ VAR...
Bu gün, 11:40
Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 11:31
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Bakı yoltikintiservis"in səhmdarları toplanır
Bu gün, 09:20
Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Bu gün, 09:05
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 08:55
Mehdiyev müxalifəti niyə və necə ələ alıb? - İLGİNC
Bu gün, 08:50
Hacı Surxaydan Prezidentə MÜRACİƏT - "Vətənimizin rifahı..."
Bu gün, 07:59
Dövlətin əsas qanunu: Konstitusiya... - MƏQALƏ
Bu gün, 07:51
Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Bu gün, 07:49
Pensiyalarla bağlı gözlənilən anons verildi – Mühüm detallar
Bu gün, 07:44
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Bu gün, 07:39
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru