Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                 

Şərti sərhəddəki təxribatların izi ilə... – Eskalasiya realdır
Tarix: 15-04-2025, 14:02 | Çap et
Şərti sərhəddəki təxribatların izi ilə...
Ermənistan tərəfi təxminən bir aydır ki, müxtəlif vaxtlarda şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Dünən isə Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Azərbaycan Ordusu Ermənistanda guya mülki obyektlərə atəş açıb. Azərbaycan Müdafiə Nazirliyi isə dərhal bu məlumatın dezinformasiya olmasını bəyan edib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır", - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb: "Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür”.

“Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - deyə vurğulanıb.

Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan isə dünən parlamentdə jurnalistlərə açıqlamasında deyib Azərbaycanla şərti sərhəddə vəziyyət nisbətən sabitdir: “Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var”.

Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur: “Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır. Sərkisyanın bu açıqlaması isə erməni tərəfinin etirafı sayıla bilər.

Şərti sərhəddəki təxribatlar, ermənilərin atəş açmasının səbəbləri barədə AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, şərti sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənistanın konkret hədəfləri var:

- Birincisi, rəsmi İrəvan 17 maddəlik sülh sazişi mətninin indi imzlanmasını və Bakının digər tələblərini arxa plana keçməsini istəyir. Məlumdur ki, rəsmi Bakı buna razı deyil. Ona görə də, Ermənistan Azərbaycana bu yolla beynəlxalq müstəvidə çağırışlar, yaxud təzyiq kampaniyası təşkil etməyə cəhd göstərir.

İkincisi, şərti sərhəddə atəşin açılması beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etmək, “regionda sabitliyin təmin edilməsi razılaşdırılmış sülh mətninin təcili imzalanmasından keçir” rəyini yaratmağa hesablanıb. Eyni zamanda, İrəvanın atəşkəsin pozulması planını mərhələli şəkildə həyata keçirməsi də diqqət çəkir.

- Söhbət hansı plandan gedir?

- Birinci mərhələ “təkzib” və məsuliyyətdən yayınma cəhdi ilə yadda qaldı. Məsələn, martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişi mətni üzərində razılığa gəldiyi rəsmi şəkildə elan edildi və dərhal İrəvan bəyan etdi ki, “mətn indi imzalanmalıdır”. Bakının cavabı isə bəllidir: “hələ hər şey bitməyib, şərtlər var”. Martın 16-dan etibarən isə Ermənistan atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə Azərbaycanın “atəşkəsin pozulması” haqda açıqlamaları təkzib edən Ermənistan faktı gizlədə bilmədiyini anlayanda “havaya bir neçə atəşin açılması atəşkəsin pozulması məqsədi daşımır” kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışdı. Bununla İrəvanın “sülh sazişi indi imzalanmalıdır” mövqeyinə müəyyən qədər dəstək də əldə etdi. Xüsusilə Avropadan edilən çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə təsir etmədiyini görəndə yeni mərhələyə başlanıldı. Söhbət ikinci mərhələdən - “mülki hədəflər” iddiasından gedir. Ermənistan “Azərbaycan Zəngəzur bölgəsində yaşayan erməni sakinləri hədəfə alır” iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin pozulması faktını Bakının üzərinə qoymaq məqsədi daşımır, həm də beynəlxalq diqqəti nəticəyə - sülh sazişi mətninin indi imzalanmasına təsir edə biləcək səviyyədə çəkmək planının tərkib hissəsidir. Üçüncü mərhələ isə esakalasiyanın böyüməsi mərhələsidir. Ermənistan “mülki hədəflər” planı ilə istədiyinə nail ola bilməsə, hərçənd olacağı çətin görünür, atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər.

- Maraqlıdır ki, Ermənistan tərəfində müşahidələr aparan Avropa İttifaqının Müşahidə Missiyası şərti sərhəddə baş verənlərə ciddi reaksiya vermirlər, yaxud da bəyanatları Ermənistandan yana olur...

- Baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının sözügedən Missiyası da məsuliyyət daşıyır. Missiya normalda insidentə reaksiya verməli, baş vermiş təxribatı qınamalıdır. Ancaq onlar nədənsə bunu etmirlər. Görünən odur ki, avropalı emissarlar hadisələri araşdırmaqda maraqlı deyillər. Halbuki baş vermiş hadisələrə münasibət bildirmək onların vəzifəsidir. ABŞ, Fransa vəziyyəti gərginləşdirməklə Ermənistanda və regionda mövcudluqlarını qoruyub saxlamaq istəyirlər. Amma Ermənistan, nəhayət, başa düşməlidir ki, bundan sonra heç kim onun arxasında dayana bilməyəcək.

- Bu günlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində görüşdülər. Bu görüş şərti sərhəddə baş verənlərin aradan qaldırılmasına və sülh sazişi üzərində irəliləyişin əldə olunmasına yardım edə bilərmi?

- Nazirlərin bu görüşü sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır. Son aylar tərəflər arasında təmaslar səngiyib. Xüsusilə, İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Xarici işlər nazirləri ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Entoni Blinkenin təşəbbüsü ilə görüşmüşdülər. Daha sonra oktyabr ayında İstanbulda keçirilən “3+3” regional məşvərət platforması çərçivəsində bir araya gəldilər. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu. Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Məsələ burasındadır ki, sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Məsələn, Ermənistan Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşmək istəyib. Hərçənd ki, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altındadır.

Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır. Çünki İrəvanın yerinə yetirməli olduğu iki şərt – Konstitusiyada dəyişiklik və Minsk Qrupundan imtina var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür. Bayramovla Mirzoyan arasında Antalyada görüş İrəvan üçün təmasın qurulması olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd Antalya Diplomatiya Forumunun dialoq platforması rolunu gücəndirmək olub. Bu görüşün proseslərə müsbət təsir göstərəcəyi inandırıcı deyil. Görüşlər o zaman əhəmiyyətli olacaq ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin və ondan sonra təmaslar baş tutsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru