Sinifdə 30-dan çox şagird VARSA… .....                     2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək .....                     Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... .....                     Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı .....                     Rus generalın ölümünə görə iki nəfər TUTULDU .....                     Brüssel nəbz yoxlaması həyata keçirir .....                     Azərbaycanda Türkiyə hərbi bazası... .....                     Şokoladdan stul davasına keçid təhsili .....                     Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb .....                     "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" .....                     Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! .....                     Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... .....                     Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib .....                     Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` .....                     "Sən nəyə hazırsansa, o da sənə hazırdır" .....                     İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir .....                     Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? .....                     Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına .....                     Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq .....                     Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür .....                     "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" .....                     İsmayıl Məmmədov idarə rəisi təyin edildi .....                     24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... .....                     “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi .....                     Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... .....                     Sahibkardan pul yığmağın yeni “dəbi” .....                     Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq .....                     Tramp üçün Ermənistan sadəcə “163-cüdür” .....                     Şamaxıda yolların təmiri 621 min manata .....                     Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub .....                     “Avropa Ermənistanı qoruya bilməz” .....                     Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... .....                     Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! .....                     Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... .....                     Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? .....                     Gəncə təhsilini elə batırıblar ki... .....                     Zay məhsul satmaqları bir yana... .....                     Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... .....                 

Moskvadan İrəvana qəribə ismarıc: - xahiş, təhdid, yoxsa...
Tarix: Dünən, 19:10 | Çap et
Moskvadan İrəvana qəribə ismarıc:
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-formal sammitində iştirak etməyə bilər. Erməni mediasının yazdığına görə, iki ölkə arasında münasibətlərdə yaşanan gərginlik səbəbindən Paşinyan Rusiyaya getməyəcək.

Rəsmi Moskva isə ümid edir ki, Ermənistan rəhbəri Sankt-Peterburqa təşrif buyuracaq. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, onlar Paşinyanın sammitə qatılacağına ümidlidirlər.

“Görüşə dəvət MDB dövlətlərinin başçılarının hər birinə göndərilib. Bu gün hələ 16 dekabrdır. Hələ ki, sammitdə kimlərin iştirak edib-etməyəcəyi dəqiqləşməyib. Ümid edirik ki, dəvət olunan liderlər, o cümlədən Paşinyan Peterburqa gələcək. Biz buna inanırıq. Sonrasına isə baxarıq”, - deyə Qaluzin vurğulayıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də İrəvanda keçirilən IX Ermənistan-Rusiya səhiyyə forumunda məsələyə dair açıqlama verib: “Moskvanın Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemləri həll etmək üçün aydın siyasi iradəsi var. Forum çox vacib bir zamanda keçirilir. Ölkələrimiz və münasibətlərimiz gücünü sınamaq üçün çətin dövr yaşayır. Bu şəraitdə təkcə bizi birləşdirən, mövcud olan münasibətləri qorumaq deyil, həm də qarşılıqlı əlaqəni yeni səviyyəyə qaldırmaq və onu yeni reallıqlara uyğunlaşdırmaq bizim üçün çox vacibdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan Rusiyada Avrasiya İqtisadi İttifaqının (Aİİ) forumunda iştirak edib. Bu fonda MDB sammitinə Baş nazirin qatılmaqdan imtinası isə suallar yaradır. Ekspertlər hesab edirlər ki, Paşinyanın Rusiyada tədbirlərə son illər qatılmaması iki ölkə arasında münasibətlərin kəskinləşən xətt üzrə getdiyinin göstəricisidir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov deyib ki, İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi 2020-ci ildə start götürüb və indi də davam etməkdədir:

- Düzdür, hələlik İrəvandan Paşinyanın Peterburqa gedib-getməyəcəyi barədə rəsmi açıqlama verilməyib. Amma Qaluzinin açıqlaması göstərir ki, Rusiyada bu barədə şübhələr var. Nəzərə almaq lazımdır ki, Aİİ-nin forumunda Paşinyan iştirak etdi, amma Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü, danışıqları olmadı. Halbuki onların danışmağa sözləri çox olmalı idi. Əslində münasibətlərin yavaş-yavaş soyuması və indiki vəziyyətə çatması, dediyim kimi, 2020-ci ildən sonra başlayıb. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra iki ölkə arasındakı münasibətlərdə dəyişiklik baş verirdi. İkinci Qarabağ müharibəsindən sonra isə Paşinyan Rusiyanı ona kömək etməməkdə qınayaraq kəskin bəyanatlarla çıxış etdi. Bu isə Moskvada heç də xoş qarşılanmır. Ötən 4 ildə münasibətlər daha da pisləşməyə doğru getdi və davam edir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot etməsi isə Moskvanı tamamilə hövsələdən çıxarır.

- Amma biz Rusiyanın Ermənistanı ciddi cəzalandırmasının şahidi deyilik...

- Ukraynada müharibənin başlaması və indi də davam etməsi Rusiyanın diqqətini savaşa yönəltdi. Görünür ki, bu prosesdə Rusiya da, Ermənistan da son sözünü demək üçün zaman qazanmağa çalışır. Hələ ki, iki ölkə münasibətlərində qeyri-müəyyənlik davam edir. Hər iki tərəfin maraqları vadar edir ki, gözləmə mövqeyində dayansınlar. Əgər Ukraynada müharibə başlamasaydı, yəqin ki, Rusiya Ermənistanla bağlı son qərarını vermişdi. Amma bu gün Ermənistan Rusiya üçün göydəndüşmə fürsətdir. Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan səmərəli şəkildə istifadə edir: həm banklarından, həm maliyyə məsələlərində, həm kommunikasiyalarda geniş şəkildə istifadə edir. Üstəlik, Rusiya öz məhsullarını Avropa bazarlarına çıxarmaq üçün Ermənistanı özünün ticarət məntəqəsi kimi görür. Ona görə də Rusiya indi hansısa qəti qərar verməyə tələsmir. Ermənistan üçün də belə bir pauza dövrü lazımdır ki, Rusiyanı sanksiyalardan yayındırmaqla qazanc, mənfəət götürsün. İrəvan gözləyir ki, Ermənistanı ayaqda saxlaya biləcək yeni aktorlar ölkədə möhkəmlənə bilsin. Demək olar ki, indi həssas tarazlıq mərhələsidir. Açığını deyim ki, Ermənistan Baş nazirinin Peterburqa gedib-getməməsi o qədər də önəmli deyil və nəyisə dəyişmir. Bunu rəsmi Moskva da anlayır. Sadəcə Qaluzinin açıqlaması onu göstərir ki, Rusiya məsələyə “Paşinyan MDB sammitində görünsə, yaxşı olar” fəlsəfəsi ilə yanaşır.

- Paşinyan Sankt-Peterburqa getməsə, Rusiyanın mövqeyində nə dəyişəcək?

- Əslində Qaluzinin açıqlamasında müəyyən eyham var. Məsələn, deyir ki, “sonrasına baxarıq”. Bu, diplomatik leksikona aid ifadə olmasa da, hər halda bu ifadəni hədə kimi də qəbul etmək mümkündür. Düşünürəm ki, 2025-ci il Rusiya-Emənistan münasibətlərində həlledici il ola bilər. Gözlənilir ki, Ukrayna müharibəsi ilə bağlı qərar verilsin. Müharibə dayanarsa, Rusiya diqqətini İrəvana yönəldəcək. Əgər Rusiya görsə ki, Ermənistanı öz orbitinə qaytara bilmir, addımlar atacaq. Gözlənilir ki, Rusiya Suriya kimi Ermənistandan da çıxsın və münasibətləri tarixin axarına buraxsın. Amma inanmıram ki, hər şey belə asandır. Nəticə etibarilə, Ermənistan Rusiya üçün əhəmiyyətlidir, dayaq nöqtələrindən biridir. Faktiki olaraq, Ermənistan Rusiyanın özünün yaratdığı ölkədir. Ermənistan Rusiya üçün Suriya deyil ki, lazım olanda oradan çıxmaq qərarı versin. Moskva bütün gücünü, rıçaqlarını işə salacaq ki, Ermənistanda hansısa formada mövcudluğunu saxlasın və bu ölkəni öz orbitinə qaytarsın. Bunun üçün Rusiyanın resursları da, gücü də, əlində təsir rıçaqları da var. Söhbət təkcə hərbi gücdən və təsir imkanlarından getmir. Eyni zamanda, iqtisadi baxımdan da Ermənistan Rusiyadan asılı ölkədir. Yəni ki, Rusiya Ermənistanı itirməmək üçün sonadək mübarizə aparacaq.

- Belə fikirlər var ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin gərgin olması Azərbaycan üçün faydalıdır. Bu faydalar nələrdir?

- Rusiya-Ermənistan yaxınlaşması bütün hallarda Azərbaycanın mənafelərinə ziddir. Bunu aksiomatik olaraq qəbul etməliyik. Moskva-İrəvan münasibətləri nə qədər gərgindirsə, bizim maraqlarımız daha yaxşı təmin olunacaq. Düzdür, bu iki dövlətin münasibətlərinin yaxşı olması Azərbaycanın Rusiya üçün əhəmiyyətini o qədər də azaltmır. Rusiya anlayır ki, regionun əsas gücü Azərbaycandır. Amma hər halda, Rusiya-Ermənistan gərginliyi Azərbaycanın gücünün Rusiya tərəfindən obyektiv qiymətləndirilməsi baxımından, faydalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13
2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10
Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06
«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55
Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53
Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52
Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48
Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46
"3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40
Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33
Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17
Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09
"Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07
İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03
Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50
"Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47
İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39
Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33
Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29
Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28
Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26
Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23
Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21
“Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16
Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14
Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06
Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01
Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49
Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35
Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26
Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55
Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14
Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14
"Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48
“Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34
Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru