Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” .....                     Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi .....                     Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                     “Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib .....                     Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? .....                     Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... .....                     Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR .....                     8 noyabra doğru "kiçik" addımlar... .....                     "220 manat pensiya ilə 5 nəfər dolanar?" .....                     Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir .....                     Əgər Qarabağ qaziləri də incidilirsə... .....                     “Monqol əti” genetikamıza necə təsir edəcək? .....                     Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... .....                     "Bu, ümumiyyətlə, anlaşılan deyil..." .....                 

Nazir universitetlərdə bu fənlərin ləğvini təklif edir – Nələr dəyişəcək?
Tarix: 8-10-2024, 15:29 | Çap et
Nazir universitetlərdə bu fənlərin ləğvini təklif edir
Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. “Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu edək”, – deyə nazir qeyd edib.
Bəs görəsən ali təhsil müəssisələrində keçirilməməsi lazım olan fənlər hansılardır? Onların ləğv edilməsi tələbələrin dərs yükünü aradan qaldıra bilərmi?
Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib ki, əslində, bu fikir əvvəllər də səsləndirilib:

“Məsələn, bir tələbənin ixtisası coğrafiya müəllimliyidir, lakin o, çoxlu qeyri-ixtisas fənləri keçir. Yaxud da öz ixtisasına uyğun 2 və 3-cü kursda keçirilən fənn əvvəlki kursda keçirilən fənni təkrarlayır. Çox güman ki, nazir də həmin fənləri nəzərdə tutur. Bu fənləri birləşdirmək və ya ləğv etməkdən daha çox tələbənin ixtisasına uyğunlaşdırmaq lazımdır. Bir məsələni unutmaq olmaz ki, nəzəriyyə və praktika bir-birini tamamlamalıdır”, – deyə o bildirib. Onun sözlərinə görə, tələbə nəzəriyyəni keçir, lakin praktikadan xəbəri olmur. “Tamamlanmayanda təbii ki, nəticə də olmur. Bizdə universitetlərdə praktika kağız üzərində, yaxud hər hansı bir müəssisədən arayış almaqla həyata keçirilir. Bu məsələlərə fikir vermək lazımdır. Bizdə test imtahanı da yetərli qədər deyil. Testləşmənin forması dəyişməlidir. DİM ildə 2-3 imtahan keçirir, tələbəni stressə salıb, yaxşı pul qazanması da iş deyil. Bizdə universitet təhsili gücləndirilməlidir. Məsələn, biologiya ixtisasını öyrənən tələbə axı niyə görə Biologiya İnstitutunda praktikasını keçməsin? Bu qarşılıqlı olmalıdır. Məsələn, jurnalistika ixtisasında 4-cü kursun sonunda 2-3 ay praktika keçirilir. Bununla da iş bitmir. Bütün bunları nəzərə alsaq, universitetlərdə lazımsız , ixtisasdan kənar, ixtisasa aid olmayan fənlər çıxarmaq lazımdır və daha ciddi materiallar, dərsliklər ortaya qoyulmalıdır”, – deyə o qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Azərbaycanda məşhur milyonçu Əbülfəz Babayevin 2 milyon 500 min manatını ələ keçiriblər. Pullar milyonçu qayınatadan Hollivud kinosunu xatırladan dələduzluq sxemi üzrə alınıb. Musavat com xəbər verir ki, adi bir makler Əliyar Abbasov bir xanım tanışı və digər 5 nəfərlə birgə kinolardakı qibtə olunası fırıldaqçılar kimi, bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb. Plan isə sadə olub – Əbülfəz Babayevi əvvəlcə Bakıda bir binanın satış hekayəsinə inandırıb. Sonra atasını ona böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı qadın Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb! Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb – İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar. Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb! İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir. Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır – Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova. Onlar Cinayət Məcəlləsinin 3 maddəsi – külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmədə ittiham olunurlar. Prosesdə Sevinc Abbasova şahid qismində dindirilib. Deyib ki, müttəhimlərdən Əliyar Abbasov onun həyat yoldaşı, Ümid Abbasov isə qaynıdır. Məlum olub ki, şahid Sevinc Abbasova ilə qaynı Ümid Abbasov arasında insident yaşanıb və o, bu barədə polisə məlumat verib. Vəkillərin bununla bağlı sualına şahidin cavabı proses iştirakçılarında təəccüb doğurub. O, qaynı barədə polisə şikayət verməsinə zərərçəkən Əbülfəz Babayev tərəfindən təhrik edildiyini açıqlayıb. Sevinc Abbasovanın sözlərindən bəlli olub ki, həyat yoldaşının bir-birindən bahalı maşınlar alması onda müəyyən şübhələr doğurub. Ona görə də Əbülfəz Babayevlə əlaqə saxlayıb, pulun mənbəyini öyrənməyə çalışıb. Onun sözlərinə görə, Əbülfəz Babayevlə Sumqayıtdakı kafelərdən birində görüşüb. Görüş zamanı Əbülfəz Babayevin yanında vəkili də olub. Sonradan bilib ki, həmin şəxs vəkil deyil, müstəntiqdir. Söhbət əsnasında Əbülfəz Babayev onunla qaynı arasında insident olmasından xəbər tutub və DİN-in “102” xidmətinə şikayət etməsinə təhrik edib. Bundan sonra Əbülfəz Babayevin vəkili şahidə mülkləri ilə bağlı suallar verib. Bu isə Əliyar Abbasovu özündən çıxarıb. O, vəkili təhqir və təhdid edib. Hakim onun zaldan çıxarılmasına göstəriş verib. Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadədə ziddiyyətli məqamlar olub. Buna görə də prosesdə ibtidai istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, Sevinc Abbasova ibtidai istintaq zamanı həyat yoldaşının əleyhinə ifadə verib. “TikTok” sosial şəbəkəsindən Əliyar Abbasovun hazırda müttəhim statusunda olan Xəyalə Hüseynova ilə münasibətdə olduğundan, onunla evləndiyindən xəbər tutub. Şahid həyat yoldaşının əvvəllər sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından biri ilə evli olduğunu da açıqlayıb. Sevinc Abbasova məhkəmədə deyib ki, ibtidai istintaqa verdiyi ifadələri oxumadan imzalayıb, hazır sənədlərə imza atıb. Şahidin dindirilməsi sona çatandan sonra müttəhimlər Xəyalə Hüseynova, Ümid Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərlə çıxış ediblər. Vəsatətlər təmin olunmayıb. İş üzrə zərərçəkən Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir. İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər. Dəstə üzvləri 2018-ci ilin yayından etibarən Əbülfəz Babayevin xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Xəyalə Hüseynova, bacısının əri Ramal Əzimov, tanışları Asiman Əzimov və Pərvin Zeynallı ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər. Belə ki, Əliyar Abbasov makler olub. 2018-ci ilin əvvəllərində Əbülfəz Babayevlə tanış olduqdan sonra onun perspektivli əmlak almaq niyyətində olduğunu öyrənib. Həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, ARB televiziya şirkətinin ofisinin olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin satıldığını öyrənib və bu barədə Əbülfəz Babayevə məlumat verib. Binanın 3 milyon 500 min manata satıldığını deməklə ondan 100 min manat beh alıb. Bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır. Bu barədə Əliyar Abbasovdan soruşduqda sonuncu bildirib ki, ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxaracaq və onun mülkiyyətinə veriləcək. Bir müddət sonra isə əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu deməklə Əbülfəz Babayevi alqı-satqının baş tutacağına inandırıb. 2019-cu ilin əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu “Hacı Kamal” adlı şəxsə 3 milyon 900 min manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını bildirib. Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 min manat və gələcəkdə verilən əlavə pulun qarşılığında İstanbulda tikilən çoxmərtəbəli yaşayış kompleksindən – 1000 kvadratmetr qeyri-yaşayış və 450 kvadratmetr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini vəd edib. Bundan başqa, həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib. Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov Əbülfəz Babayevi İstanbulda tikintinin aparılmasına inandırmaq, ondan hər hansı bir şübhə qalmaması üçün yaxın ətrafını da ona müxtəlif vəzifəli şəxslər kimi təqdim edib. Bacısının əri, əvvəllər məhkum olunmuş Ramal Əzimovun mərhum atası Hacı Kamalın şəriki olduğunu deyib. Ramal Əzimovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalı üzrə 50 faiz hissəsinin sahibi olduğunu bildirib. Orta təhsilli, heç bir fəaliyyətlə məşğul olmayan Xəyalə Hüseynovanı isə Əbülfəz Babayevə vəkil Bahar xanım kimi təqdim etməklə onun İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib. Əlavə edib ki, Bahar xanım hüquqi məsələlərdə onlara kömək göstərir. Tanışı Asiman Əzimovu da uydurma adla – Kərbəlayi Asiman kimi Əbülfəz Babayevə Türkiyə-Azərbaycan arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər olduqlarını deyib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycandan Türkiyəyə nağd formada çatdırılması görüntüsü yaradıb. Əliyar Abbasov Əbülfəz Babayevdən böyük pullar qoparmaq üçün çoxşaxəli addımlar atıb. Yaşadığı Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə yollanıb. Orada müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil nömrələrin vatsap proqramı üzərindən Əbülfəz Babayevə göndərib. Videolarda, fotolarda İstanbulda tikinti prosesi əks olunub. Beləliklə, Əbülfəz Babayev İstanbul şəhərində tikinti aparmaqda fayda olduğuna əmin olub. Əliyar Abbasova İstanbulda torpaq sahəsinin alınması üçün ümumilikdə 2 milyon 550 min 150 manat pul verib. Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar alıb. Həmin əmlakların siyahısı belədir: – Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iri buynuzlu heyvan ferması, – Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi, – Binəqədi rayonu, 9-cu mikrarayon, AdiZ 016 d - TƏFƏRRÜAT
Bu gün, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Dünən, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Dünən, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Dünən, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Dünən, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Dünən, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Dünən, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Dünən, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Dünən, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Dünən, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Dünən, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Dünən, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Dünən, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Dünən, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Dünən, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Dünən, 07:01
Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Dünən, 06:58
"Bu, ümumiyyətlə, anlaşılan deyil..." - partiya sədri
Dünən, 06:52
SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:49
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı - “Bəzi məqamları açmağın zamanıdır”
Dünən, 06:44
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" - Generaldan açıqlama
Dünən, 06:35
"Bundan sonra yaxşı eşidəcəm..."
Dünən, 06:32
“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı – 44 günlük müharibənin kritik anı
Dünən, 06:30
ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər - AKTUAL
Dünən, 06:27
Azərbaycan Zəfər Gününü qeyd edir - MÜQƏDDƏS TARİX...
Dünən, 06:23
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
7-11-2025, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
7-11-2025, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
7-11-2025, 19:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru