Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                 

Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur? - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-09-2024, 11:05 | Çap et
Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?
“Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri ciddi bir tranformasiyadan keçməsidir”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır: “Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir. Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz? Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var”.

2025-ci ildə 80 illik yubileyi qeyd olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. AMEA-nın əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur? Niyə Azərbaycanın alimləri elmi kəşflərə imza ata bilmirlər?

Əməkdar elm xadimi Şahlar Əsgərov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, heç bir ölkə elmsiz bir addım belə ata bilməz: “Mən bu mövzu ilə bağlı bir neçə real vəziyyəti misal çəkəcəyəm, hər kəs özü nəticə çıxarsın. Gəncəyə çatanda magistral yolunun sağ-solunda rəssam tərəfindən yağlı boya ilə çəkilmiş şəhidlərimizin portreti vurulub. Bu, sıravi insanın istəyidir, şəhidlərə hörmət əlaməti olaraq. Bəs elm nə deyir? Elm deyir ki, belə etmək düzgün deyil və yol göstərir. Elm deyir ki, bu çəkdiyiniz şəkli bir tərəfə qoyun, Gəncənin meydançasında Qarabağ müharibəsi şəhidlərini əks etdirən, heykəltaraş tərəfindən hazırlanmış monumental bir əsər qoyun. Hansı düzgündür? Əlbəttə, elm deyən düzdür, çünki bu şəkillərin ömrü açıq havada, küləkdə, yağışın altında uzaq başı 20 il olacaq. Amma monumental əsər yüz, iki yüz, beş yüz il yaşayar. Elm deyir ki, pulu havayı yerə xərcləmə.

İkinci bir misalı təhsillə bağlı qeyd etmək lazımdır. Orta təhsilin elmi prinsipi necə olmalıdır. Bu suala müəllim cavab verə bilməz, amma alim verə bilər. Alimə görə uşaq məktəbə şəxsi mənafe ilə gəlir, amma orta məktəbi ictimai mənafe ilə bitirməlidir. “Qələm, məktəb, müəllim mənimdir” deyən uşaq məktəbi bitirəndə ölkə, paytaxt, vətən bizimdir deməlidir. İctimai mənafe uşaq böyüdükcə inkişaf etməlidir. 10-11-ci sinfi bitirəndə vətənpərvər olmalıdır. 3-cü sinif uşağına vətənpərvər deyə bilməzsən, onun vətəni anasıdır, evidir. Üçüncü misalı da mütləq qeyd etmək lazımdır. On il bundan əvvəl Türkiyə inkişaf etməkdə olan ölkələrin sırasında idi. Onlara “ikinci dünya dövlətləri” deyirlər. Bu gün Türkiyə birinci dünya dövlətinə çevrilib. Məhz elmin hesabına Türkiyə birinci dünya dövlətinə çevrildi. On il qabaq Türkiyə trikotaj məhsullar istehsal edirdi. Yəni spesifik əmək sərf olunan məhsullar idi. İndi Türkiyə PUA-lar istehsal edir. Bu da Türkiyəni birinci dünya dövlətləri siyahısına çıxarıb. Çünki təqribən 20 il bundan qabaq Türkiyənin 70 universiteti var idi, indi onların sayı 230-dur. Baxın, elmin təsiri buradadır. Şou-biznes əhlini təbliğ etməyin, öləndən sonra adları da yaddan çıxacaq. Amma Aristotelin, İbn Sinanın, Xudu Məmmədovun adları heç vaxt yaddan çıxmır".

Təhsil eksperti Elşən Qafarov da hesab edir ki, alimlərimizin elmi tədqiqat aparmaq bacarığı yoxdur və problem buradan qaynaqlanır: “Hazırda alimlərimiz titul qazanır, daha sonra ali məktəblərdə dərs deyir, fərqli əmək haqqı alır, elə bu qədər... Çox nadir hallarda beynəlxalq səviyyəyə çıxan, məqalələri dərc edilən alimlərimiz olur. Lakin qeyd edim ki, bu məsələ ilə bağlı dövlətimiz artıq addımlar atır. Belə ki, Prezidentin sərəncamı ilə "Xaricdə təhsil"in ikinci proqramı təsdiq olunub və artıq daha çox magistrant və doktorantlar xarici ölkələrin aparıcı ali məktəblərinə təhsil almağa göndərilir. Ümid edirik ki, gələcəkdə onlar təhsillərini başa vurub, ölkəyə geri döndükdən sonra bu sahədə bir dönüş olacaq".

Qeyd edək ki, tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. “AD Scientific Index” təşkilatı tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir. “AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22,350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) üzrə alimlərin reytinqini müəyyənləşdirir.

2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb. Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.

“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru