"Bu sahədə "həci prinsipi" işləmir - Deputatdan sərt açıqlama
Tarix: 11-09-2024, 10:16 | Çap et
"Sənət fitri istedaddır. Onu tapıb üzə çıxartmaq, yetişdirmək asan deyil. İnsan oxuyub-öyrənib həkim ola bilər. Amma təkcə oxumaqla vokalist, muğam ustası, rəssam, heykəltaraş olmaq olmur. Bunun üçün istedad olmalıdır. Ona görə də az sayda insan incəsənət sahəsinə gedir. Burada təhsilverənlərə yüksək əmək haqqı verilməlidir ki, onlar bu sahədə qalıb işləsinlər, sənətkar yetişdirsinlər". Bunu Sputnik Azərbaycan-a incəsənət üzrə illik təhsil xərclərinin artırılmasına münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa bildirib. Qeyd edək ki, Azərbaycanda yeni tədris ilindən bir sıra ixtisaslar üzrə təhsil xərcləri artıb. İctimaiyyətdə maraq doğuran əsas məqamlardan biri isə incəsənət sahəsindəki ixtisaslar üzrə yüksək təhsil xərclərinin formalaşmasıdır. Belə ki, yeni tədris ilindən dirijorluq, bəstəkarlıq, instrumental ifaçılıq və vokal sənəti (sahələr üzrə) illik təhsil xərci 9000, musiqişünaslıq ixtisası üzrə 8200, qrafika, dekorativ-tətbiqi sənət və rəngkarlıq ixtisasları üzrə 7000 manat olacaq. Fazil Mustafa bildirib ki, Azərbaycanda incəsənət sahəsinə dövlətin himayəsinin olması vacibdir. Əks halda bu sahəni qorumaq mümkün olmayacaq.
"Azərbaycanda vokalisti dinləyən azdır. Xalqın böyük hissəsi meyxanaçını sevir. "Həci"lərin çoxu xanım müğənnilərə ev, maşın alıb bağışlayır. Amma rəssama, heykəltaraşa, hansısa instrumental ifaçıya belə hədiyyələr verən yoxdur. Varlı insanların çoxu zövqü formalaşmamış adamlardır. Onlar sənətə, sənətkara dəyər vermirlər. Həmçinin əsl sənət dünyada da bahalıdır. Bir musiqiçinin yetişməsi üçün 10 ildən çox vaxt tələb olunur. Onların konsertinə kütləvi axın yoxdur, bilet satmaqla dolana bilmirlər. Əsı sənətdə "həci prinsipi" işləmir. Ona görə də, onları qorumaq dövlətin borcudur. Sənət sahəsində kadr hazırlığı üçün təhsilə ayrılan xərclər artırılmalıdır ki, əsl sənəti qoruyub yaşatmaq mümkün olsun. Bu dövlət üçün priotetdir", - deyə deputat bildirib. Sputnik Azərbaycan incəsənət sahəsində yüksək təhsil haqlarının müəyyənləşdiyi ixtisaslar üzrə kadr hazırlığında nələrin dəyişəcəyini, bunun tədrisin keyfiyyətinə təsirini araşdırıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bütün bahalı ixtisaslarla bağlı baza təhsili Bakı Musiqi Akademiyasındadır. "Bütün rəqəmlər onlarla məsləhətli şəkildə müəyyən olunur. Ona görə də biz bu məsələyə şərh verə bilmərik. Suallarınızı Bakı Musiqi Akademiyasına yönləndirə bilərsiniz", - deyə cavabda bildirilib. Bakı Musiqi Akademiyasından isə tədris işləri üzrə prorektor Nərminə Quliyevanın sualları cavablandırmağa vaxtı olmadığını bildirdilər.
Milli Konservatoriyanın professoru, xalq artisti tarzən Möhlət Müslümov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, instrumental ifaçılıq ixtisası üzrə təhsil haqlarının artırılması mütləq tədrisin keyfiyyətinə təsir etməlidir. Xalq artistinin sözlərinə görə, bu sahə üzrə kadr hazırlamaq o qədər də asan deyil. "Mən illərdir ki, bu sahədəyəm, amma tam dərinliyinə qədər öyrənə bilməmişəm. Muğamımız bir dəryadır. Onu öyrənib başa çatdırmağa illər lazımdır. Bu sahədə yaxşı musiqiçilərin yetişdirilməsi üçün ali təhsil ocaqlarına tanınmış sənətkarlar dəvət olunmalıdır. Biz tələbə olanda Milli Konservatoriyaya muğam müəllimi Kamil Əhmədov dəvət olunmuşdu. Onun Konservatoriyaya gəlişi bu sahədə sənətkarların yetişməsinə səbəb oldu. Biz Asəf Zeynallı adına Musiqi Məktəbinin müəllimi olduğumuz dövrdə də gedib Kamil Əhmədovun ifasına baxıb ondan öyrənirdik. Ona görə də instrumental ifaçılıq üzrə peşəkar şəxslərin tədris prosesinə cəlb olunması savadlı kadrların yetişməsinə səbəb olur", - deyə xalq artisti bildirib.
M.Müslümov deyir ki, bəzən xarici ölkələrə getdikdə səfərlərdə onlara verilən əmək haqqını söyləməyə belə çəkinirlər: "Sağ olsun xalqımız, dövlətimiz sənətə, sənətkara dəyər verir. Mən Prezidentin fəxri təqaüdünü alıram. Amma mən təkcə özümü fikirləşmirəm. İncəsənət sahəsindəki ali təhsil ocaqlarında çalışan professor-müəllim heyyətinə yüksək əmək haqqı verilməlidir ki, onlar bütün enerjilərini tələbələrinə həsr edə bilsinlər. Elə müəllimlər var ki, 50 illik pedoqoji stajları var. Onlar ömürlərini bu sahədə mütəxəssis hazırlamağa sərf ediblər. Biz o müəllimlərin xarici ölkələrə axınının qarşısını almaq üçün əməyini dəyərləndirməli, yüksək əmək haqqı verməliyik ki, onlar da həvəslə dərs keçsinlər". Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev Sputnik Azərbaycan-a bildirib ki, təhsil haqları artırsa, müəllimlərin də maaşı artmalıdır. "Elə fəaliyyət növləri var ki, onlar bahalıdır. Sənətkar yetişdirmək çox əmək tələb edir. Ən yüksək maaş sənət sahəsində kadr hazırlayan müəllimlərə verilməlidir. Çünki, bu sahə istedad tələb edir. Müəllimin maaşı artıqda o daha da həvəslə işləyəcək", - deyə Cavanşir Quliyev deyib.
C.Quliyev bildirib ki, son illər musiqi məktəblərində, ali təhsil müəssisələrində müəllimlərin əmək haqqında artım var: "Bu tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Vaxtıilə Azərbaycanda əmək haqqı az olduğu üçün xaricə gedən müəllimlər ölkəmizdə vəziyyətin düzəldiyini görüb geri qayıda bilərlər. Mən özüm 20 il Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru işləmişəm. Hazırda öz ölkəmizdə fəaliyyət göstərirəm, aldığım əmək haqqı xaricdə aldığım maaşdan çoxdur. Bu sahədə fəaliyyət göstərən pedaqoqlara dəyər verilməlidir ki, keyfiyyətli kadrlar hazırlansın". Qeyd edək ki, Nazirlər Kabineti ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlayıb. NK-dan bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb. Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb. Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
• Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58 |
|
|
|
• "Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43 |
|
|
|
• Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41 |
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
|