“Əlimdə bir qədəh şərab” 3 min dollar... – BB-nin milyonlarını Zamirədən alıb BB-yə verirlər
Tarix: 11-09-2024, 10:12 | Çap et
Bəri başdan deyək ki, başlıqdakı iki BB abbreviaturasının birinin açması Beynəlxalq Bank, o birininki Böyük Britaniyadır. İndi keçək söhbətin məğzinə.
Azərbaycan xalqından və dövlətdən çırpışdırılan milyonları Londonda sağa-sola səpələyən Zamirə Hacıyeva (Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı) ilə bağlı qalmaqal beynəlxalq medianı başına götürəndə yazmışdıq, bu işin sonu o olacaq ki, ingiltərəli prokurorlar və hakimlər o milyonları müsadirə edəcəklər, amma Azərbaycana qaytarmayacaqlar, özlərinə götürəcəklər.
Budur, xəbər yayılıb ki, elə olub: London məhkəməsi Zamirə Hacıyevanın Londonda 14 milyon funt sterlinq dəyərində qiymətləndirilən əmlakının 70 faizini müsadirə edib, qalan hissəsini isə sahibinə qaytarıb. Bundan başqa, Zamirə Hacıyevaya bir neçə milyon dollar dəyərində qızıl-zinət əşyaları da qaytarılıb.
Beləcə, aydın olur ki, adı çəkilən qadının illərdən bəri Londondakı elitar butiklərdən etdiyi milyonluq alış-verişlər, lüks restoranda içdiyi və qədəhi 3 min dollara olan şərablar, bahalı istirahətlər ona nəf qalıb.
Bəs burada o varidatın əsl sahibi olan Azərbaycan dövlətinə nə çatır? Heç nə. Britaniya dövləti və Zamirə Hacıyeva ortada qalan və özlərinin olmayan böyük sərvəti 70:30 nisbətində böldülər və Azərbaycana heç nə çatmadı.
Bəs necə olur ki, bu var-dövlət ingilislərə qalır? Onların bu varidata iddia etməyə hansı haqqı var? Necə bir ziyana düşüblər ki, indi onu kompensasiya edirlər?
Əlbəttə, qanunvericilik bazasına qalsa, ingilis hüquqşünaslar çoxdan belə bir əsas hazırlayıb, qanun şəklinə salıb, parlamentdə qəbul etdiriblər, adını da “çirkli pullarla mübarizə” qoyublar. Amma əsas sual budur ki, başqa ölkədə qazanılan çirkli pullar Böyük Britaniyaya daxil olandan sonra yuyulub paklanırmı?
Həmin pulları oğrulandığı və ya çirkli yollara qazanıldığı ölkələrə qaytarmaq, onların uğradığı ziyanı kompensasiya etmək daha ədalətli olmazmı?
Yox, o pullar Brtitanya iqtisadiyyatına fayda verməlidir, o varidat ölkəyə daxil olubsa, daha çıxa bilməz – düşüncə belədir. “Oğrudan qarətçiyə halaldır” məsələsi...
Bu, britaniyalı parlamentarların, hakimlərin, prokurorların uzun illərdən bəridir tətbiq etdikləri beynəlxalq fırıldaqdır.
Özləri danışanda deyirlər ki, Böyük Britaniya çoxdan dünya iqtisadiyyatına açıqdır, London maliyyə paytaxtlarından biridir, xarici kapitalın ölkəyə daxil olması, məsələn, daşınmaz əmlaka investisiya qoyulması qeyri-adi, təəccüblü, hətta şübhəli hadisə deyil.
Amma məsələ ondadır ki, iri xarici kapital bu ölkəyə axır, amma yalnız Britaniyanın hovuzunu doldurur, daha başqa yerə sızmır. Lap əvvəldə iri xarici kapitalın toxunulmazlığına təminat verən ingilislər sonra o kapitalın arxasına keçməyi yaxşı bacarırlar.
Özü də bu fırıldağa məruz qalan təkcə Azərbaycan kimi ölkələrin özlərini oliqarx sayan varlıları deyil. İngilislər bu oyunu Afrika və Asiya ölkələrindən, postsovet məkanındakı respublikalardan gələn çoxlarının başına açıblar.
Məsələn, araşdıraq, görək, Özbəkistanın ilk prezidenti Gülnarə Kərimovanın qanunsuz şəkildə sahib olduğu və ölkədən çıxararaq Londonda yerləşdirdiyi varidatın taleyi necə olub. Heç necə. Britaniya Gülnarə Kərimovaya məxsus üç dəbdəbəli daşınmaz əmlakı müsadirə edib.
G.Kərimova özü Özbəkistanda cəza çəkir – dövlətə və xalqa zərər vurduğuna görə. Britaniya hökuməti isə onun dəyəri 20 milyon funt sterlinqdən (25,5 milyon dollar) çox olan əmlakını özünə götürür.
Bir zamanlar Londonun “Çelsi” komandasını tarixdə olmadığı qədər alan, böyüdüb ölkə çempionu edən, daha sonra Çempionlar Liqasının finalında oynayacaq qədər gücləndirən rusiyalı biznesmen Roman Abramoviçin kluba yatırdığı milyardlar necə oldu? O da belə oldu ki, klubu Abramoviçdən müftə-müsəlləm aldılar, sadəcə, onun başqa əmlaklarına toxunmadılar.
Bundan başqa, Abramoviçin kompanyonları olan Yevgeni Tenenbaum və David Davidoviin də təxminən 13 milyard dollarlıq aktivləri Britaniyada dondurulub. Onları Rusiya prezidenti Putinin yaxınları olmaqda günahlandırırlar. Ümumiyyətlə, Ukraynadakı müharibəyə görə Londonda əmlakı olan bütün rus oliqarxlar ziyan çəkib. Onların varidatı ya müsadirə olunub, ya da üzərinə həbs qoyulub (yəqin axırda 70:30 faiz nisbətində böləcəklər). London tərəfindən sanksiyaya məruz qalan rusiyalıların sayı hələlik 100-ü keçib.
5 il öncə Moldovanın keçmiş baş naziri Vlad Filatın oğlu Londonda yarım milyon dollara penthaus kirayələyib, mağazadan “Bentli” markalı avtomobil alıb və bank hesabına təxminən 100 min funt-sterlinq nağd pul qoyub və bununla da hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar əllərini bir-birinə sürtüblər ki, tələbə gənci dolaşdırmaq olar. Atası həbsdə olduğu üçün bunu bacarıblar. London şəhər məhkəməsinin qərarı ilə o, 500 min funt sterlinq itirib.
Ümumiyyətlə, bir fakt dəqiqdir ki, Britaniyanın hüquq-mühafizə orqanları çox zaman öz ölkələrində həbsə məruz qalmış oliqarxların varidatını müsadirə edir, iş başında olanlara, real talançılara göz yumurlar, gözləyirlər ki, adamlar “qazansın”, toplasın, sərvəti Londona, Mançesterə, Liverpula gətirsin, ondan sonra onlar “landromat” davası etsinlər, pulların çirkli olub-olmamasını araşdırsınlar. Halbuki bunu həmin pullar Britaniyaya daxil olmaq üzrəykən edə bilərdilər.
İndi Zamirə Hacıyevanın işi ilə bağlı təfərrüatlar açıqlanır, o iş belə olub, o biri iş bir cürdür və sair və ilaxır. Hamısı havayı söhbətlərdir. Əvvəlcədən bəlliydi ki, ölkəmizdən talanmış böyük pullar başqalarına qismət olacaq.
Bir bu deyil. Böyük Britaniyada daşınmaz əmlakı, biznesi olanlarımız çoxdur. Onlara hələlik bir söz demirlər, amma çarx çevriləndə onların da sərvətinin qaynağı ilə maraqlanacalar və deyəcəklər ki, varidatın mayası haram olub, ona görə də bizə çatır.
Rəhmətlik Molla Nəsrəddin bu durumu “axundun itmiş inəyi kitabdan kitaba salıb mənimsəməsi” kimi şərh edirdi.
P.S. Zamirə xanımın da işi əcəbdir, özü Londonda kef, əri türmədə əziyyət çəkir.
Xalid KAZIMLI - Musavat.Com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
• Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58 |
|
|
|
• "Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43 |
|
|
|
• Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41 |
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
|