Erməni deputat sülhün detallarını yaydı: Gizli məlumatlar... - "Müqavilədə sərhədlərin demarkasiyası haqqında..."
Tarix: 11-09-2024, 09:57 |
Çap et
Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan “Gizli məlumatları ilk dəfə açıqlayıram” anonsu ilə Bakı-İrəvan sülh sazişi layihəsinə dair iddialar irəli sürüb.
Dia-az.İnfo Publika.az-a istinadən xəbər verir ki, Mamicanyan sülh müqaviləsi ilə bağlı məlumatlar əldə etdiyini deyib.
“Müqavilədə sərhədlərin demarkasiyası haqqında heç nə olmayacaq. Erməni məhbusların qaytarılması (separatçılar-red), o cümlədən, Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur. Nəqliyyat qovşaqları Azərbaycanın xeyrinə həll ediləcək. Bu, tamamilə Ermənistanın əleyhinə olan sənəddir”, - o iddia edib.