Türkiyə "TikTok"u dövlət təhlükəsizliyi məsələsi ELAN ETDİ
Tarix: 8-08-2024, 14:34 |
Çap et
"TikTok"Türkiyə üçün milli təhlükəsizlik məsələsidir".
Musavat.com “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyin Yayman deyib.
Onun sözlərinə görə, edilən paylaşımlar o qədər qəribə və reallıqdan uzaqdır ki, onları təsdiqləmək mümkün deyil:
"Komissiya olaraq, "TikTok"un bağlanması və ya girişə qadağa qoyulması ilə bağlı mövqeyimiz yoxdur. Amma komissiya sədri kimi məndən soruşsanız, siyasət millətlə birgə aparılır. Millətimiz "TikTok"un bağlanmasını istəyir".