Paşinyan sülhdən geri çəkilir - ŞƏRH
Tarix: 20-07-2024, 16:50 | Çap et
Böyük Britaniya Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı təkliflə çıxış etmişdi. Ancaq Ermənistan tərəfi görüşdən imtina edib. Ekspertlərin fikrincə, Ermənistanın bu görüşdən imtina etməsi İrəvanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürüdür. Ermənistanın sülhdən danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil. Rəsmi Bakının Paşinyanın imtinasını sülh gündəmindən qaçmaq kimi qiymətləndirməsindən sonra İrəvan əl-ayağa düşsə və birbaşa-ikitərəfli danışıqlara sadiq olduğunu elan etsə də, erməni politoloqlar Nikolun imtinasının səbəbini izah etməyə çalışırlar. Erməni politoloq Stepan Danielyan maraqlı bir iddia səsləndirib. O deyib ki, Londonun əsas diqqət etdiyi məqam Orta Dəhlizdir: “Təbii ki, detalları bilmirik, amma məntiqi anlamağa çalışaq. Görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi. Böyük Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində öz suveren nəzarətindən əl çəkməlidir. Azərbaycanın da bununla bağlı tələbi var. Ehtimal etmək olar ki, Ermənistan nümayəndə heyəti bu gündəliyi rədd edərək fərqli gündəmlə görüş təklif edib, Azərbaycan isə gündəmi dəyişməkdən imtina edib”. Rusiyalı politoloq Dmitri Solonnikov da deyib ki, erməni tərəfinin Londonda Azərbaycanla danışıqlardan imtina etməsi özünü baha qiymətə satmaq oyunudur: “Ötən ilin sonunda Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində Paşinyan, Avropa Şurasının rəhbəri və Fransa Prezidentinin iştirakı ilə keçirilən görüşdə iştirakdan imtina edən Azərbaycan Prezidentinin sərt mövqeyini çox yaxşı xatırlayırıq. Onda Əliyev sadəcə olaraq zirvəyə getmədi. Ermənistanın görüşü ləğv etməklə, xüsusən də Azərbaycan və Ermənistan liderlərinin görüşünü açmalı olan Böyük Britaniyanın yeni baş nazirinin kuratorluğundan imtina etməklə nəyi sübut etmək istədiyini söyləmək çətindir”. Ekspertin fikrincə, bu, Qərbin növbəti oyunudur: “Dəfələrlə qeyd etdiyim kimi, Paşinyan Cənubi Qafqazda Qərb oyununda sadəcə bir peşkadır. Ona nə deyirlərsə, o da edir. Başqa bir şey mümkün deyil. Paşinyanın Britaniya səfəri ilə bağlı kadrlardan indiyə qədər onun arvadı ilə birlikdə London ətrafında gəzintilərini görmüşük. Amma Azərbaycan manipulyasiya ediləcək rəqib deyil”. Millət vəkili Sahib Aliyev bildirib ki, Paşinyanın bu görüşdən imtinasının arxasında Amerika Birləşmiş Ştatlarının diktəsi durur. Deputatın sözlərinə görə, əgər söhbət ancaq Fransadan getsəydi, Ermənistan baş naziri özündə bu qədər cəsarət taparaq sözügedən görüşdən imtina etməzdi:
"Burada ABŞ Dövlət Departamentinin yüksək vəzifəli təmsilçilərinin hansı intensivliklə İrəvanda peyda olmalarını da xatırlatmaq lazım gəlir. Son bir ayda dövlət katibinin üç müavini Ermənistana təşrif gətirdilər. Xeyir ola? Bu kiçik ölkəni Bayden Administrasiyası üçün önəmli edən nədir ki, dövlət katibinin müavinlərinin biri oranı tərk edər-etməz digəri özünü yetirir?! Sonuncu gələn təmsilçi Uzra Zeyanın açqlamalarından da göründüyü kimi, bu intensivlik heç də regiona davamlı sülh gətrimək üçün deyil. Paşinyanın Böyük Britaniya baş nazirinin təşkil etdiyi görüşə qatılmaq istəməməsindən də bu, açıq-aydın görünür. Eyni zamanda o da aşkar görünür ki, “kollektiv qərb”dəkilərin bizim regiona yanaşmada tutduqları mövqe heç də tam üst-üstə düşmür. Burada “kollektiv”lik ABŞ və Fransaın arzuladığı qədər yüksək deyil. Məsələn, Böyük Britaniya, İtaliya və bir sıra hallarda isə Almaniya Cənubi Qafqazda sinxron hərəkət etmirlər". Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da deyib ki, Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtinası sülh gündəliyindən geri çəkilmək deməkdir. Ekspertin fikrincə, buna bir neçə səbəb var: "Məqsəd sülh müqaviləsinin imzalanmasını gecikdirməkdir. Bayden-Tramp arasında debatdan sonra respublikaçıların hakimiyyətə gəlmə şansının artması, eyni zamanda Ukraynada vəziyyətin Paşinyanın istədiyi kimi olmaması onun iqtidarının Azərbaycanla danışıqlarda birmüddətlik pauza götürməsi ilə nəticələnməkdədir. Paşinyanın Qərbə tərəf 2024-cü ilin yanvar-iyun aylarında iri addımlarla addımlamasına baxmayaraq, o, hazırda Kremllə daha ehtiyatlı davranmağa başlayıb. Sülh müqaviləsinin imzalanmasından əvvəl paraflanmış versiyanın qəbulu, daha sonra konstitusiya dəyişikliyindən sonra yekun mətnin imzalanması çıxış yollarından biri sayılırdı. Liderlər arasında görüş paraflanmış variantın yaxın vaxtlarda qəbul edilməsini sürətləndirə bilərdi. Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən qorxaraq növbəti dəfə danışıqlarda adekvat olmadığını və etibarsız olduğunu sübut etdi. Beynəlxalq ictimaiyyət Londonda görüşdən imtinaya adekvat qiymət verməyi bacarmalıdır. Bu, danışıqlar prosesinə zərbədir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
|