Paşinyan Bakıya görə Lukaşenkoya savaş açdı: niyə indi? - Azərbaycana “hərbi yardımı” bəhanə edir, AMMA...
Tarix: 15-06-2024, 10:00 | Çap et
Ermənistanla Belarus arasında görünməmiş diplomatik skandal baş verməkdədir. Paşinyanın administrasiyasının rəhbəri Araik Arutyunyan Belarusa rəsmi səfərləri ləğv etməyi tapşırıb. Bu barədə “Joxovurd” qəzeti dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncama istinadən məlumat yayıb.
“Yeni Müsavat” bildirir ki, Baş nazir Paşinyan Belarusa bütün rəsmi səfərləri ləğv etdiyini bəyan edib. Bunun ardınca İrəvan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Belarus XİN də İrəvandakı səfirlərini geri çağıracaqlarını açıqlayıb. Bir müddət əvvəl isə erməni baş nazir 44 günlük müharibədə iki KTMT ölkəsinin Azərbaycana yardım etdiyini açıqlamışdı.
Nikol ad çəkməsə də, Rusiya və Belarusa eyham vurduğu hiss olunurdu. Hərçənd, əsassız və məntiqsiz ittiham idi. Son günlərdə isə İrəvan KTMT-dən çıxmaqla bağlı mövqeyini dəqiqləşdirib. Paşinyan qeyd edib ki, Ermənistan təşkilatda fəaliyyətini dondurub, növbəti addım kimi blokdan çıxmaq qalır. Amma nə zaman çıxacaqlarını hökumətin açıqlayacağını elan edib. Belə vaxtda isə KTMT üzvü olan Belarusla əlaqələri kəsən Ermənistanın davranışı anlaşılan deyil. Erməni baş nazir deyib ki, prezident Aleksandr Lukaşenko nə qədər vəzifədədir, heç bir rəsmi şəxs Belarusa səfər etməyəcək.
Paşinyanın Lukaşenkoya qarşı başlatdığı kampaniyaya Qərb mediası da dəstək verməyə başlayıb. “Politiko” nəşri nədənsə məhz indi “xatırlayıb” ki, Belarus Azərbaycana hərbi yardım göstərib. Nəşr “ondan çox məktub, diplomatik not, yük qaiməsi və ixrac pasportuna” əsasən 2018-2022-ci illər arasında Belarusun Azərbaycan Ordusuna “fəal yardım etdiyinin təsdiqləndiyi” haqda iddia yayıb. Bildirilib ki, Bakıya təklif edilən xidmətlərə “köhnə artilleriya texnikasının modernləşdirilməsi, elektron müharibə və pilotsuz sistemlər üçün istifadə edilən yeni hərbi texnikanın verilməsi” daxilmiş - halbuki Azərbaycanın PUA-ları haradan aldığı bütün dünyaya bəllidir.
Nəşr “iki dövlət arasında ”Qroza-S" mobil antidron stansiyalarının alınması ilə bağlı yazışmalar"dan da bəhs edib. Heç bir real sənəd və sübut təqdim etməməsinə baxmayaraq, “Politiko” arqumenti gücləndirmək üçün Lukaşenkonun Azərbaycana səfəri, işğaldan azad edilən ərazilərin bərpasında iştirak istəyi ilə bağlı sözlərindən sitat gətirib. Maraqlıdır, necə oldu ki, Belarusun Azərbaycana hərbi yardım etdiyini Ermənistan indi gördü və Qərb mediası dərhal faktların dərcinə başladı? Belarusun Azərbaycana satdığı ən mühüm silah “Polonez” olub ki, bu barədə də Lukaşenko yüksək tribunadan uca səslə bir neçə dəfə danışıb. Həmin vaxt “Polonez”i Ermənistana da satmaq istədiyini, ancaq keçmiş prezident Serj Sərkisyanın bundan imtina etdiyini də xatırlatmışdı. Sərkisyan imtinasının səbəbini Rusiyadan “İsgəndər” alması ilə əsaslandırmışdı.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, erməni baş nazir bu addımını “Minskin Bakıya dəstəyi, Belarusun Azərbaycanın qələbəsindən ruhlanması” ilə əlaqələndirir: “Hərçənd bu, rəsmi İrəvanın KTMT ilə körpüləri yandırmaq üçün ”plankanı qaldırmaq" gedişidir. Paşinyan bildirir ki, “bundan sonra Belarusa getməyəcək, Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi bu ölkəyə getməyəcək və Lukaşenko ilə KTMT formatında nəyisə müzakirə etməyəcək”. Və əlavə edir ki, “Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər”. Rusiyanın 1 nömrəli müttəfiqi Belarus KTMT-ni tərk etməyəcək, Lukaşenko da Ermənistandan üzr istəməyəcək. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Lukaşenko da bu rəsmi mövqeyin məntiqi davamı kimi müharibədə qələbəyə görə Bakını təbrik edib. Buna baxmayaraq, Paşinyanın Lukaşenkoya “hücum etməsində” bir neçə hədəfi var".
Hədəfləri açıqlayan təhlilçinin fikrincə, İrəvana KTMT-yə qarşı yeni bəhanə lazımdır: “Görünür, son iki ildə istifadə etdikləri səbəb - ”Azərbaycan qarşısında Ermənistanın müdafiə edilməməsi"ni qüvvətləndirmək niyyətindədirlər. Putinə qarşı müttəfiqi Lukaşenko üzərindən “yeni cəbhə” açır və Rusiyanı Belarus-Ermənistan seçimi qarşısında qoyur, bununla KTMT-dən çıxmağı asanlaşdırırlar. Paşinyanın Lukaşenkoya bu qədər açıq hücumunun arxasında açıqlanmayan, yaxud ictimaiyyətləşməmiş səbəblərin olması da mümkündür. Lukaşenkonun Bakı səfəri bu kontekstdə xüsusilə diqqət çəkir. Belarus prezidenti Bakıda Əliyevi regionun lideri adlandırdı, daha sonra Moskvada Putinə bildirdi ki, “Əliyevlə müzakirə edib, region və Qafqaz üçün maraqlı təklifləri var”. Bölgənin gələcəyini Əliyevlə müzakirə edən Lukaşenkonun təkliflərinin nə olduğu bilinməsə də, bunun Azərbaycanın maraqlarına uyğun olduğu sirr deyil. Mümkündür ki, Ermənistan bu təkliflərdən məlumatlıdır və bunu öz maraqlarına təhlükə hesab edir. Lukaşenkoya açıq hücumun arxasında bu amil də dayana bilər".
Ekspertin dəyərləndirməsinə görə, Ermənistanın Belarusla açıq qarşıdurmaya getməsinin riskli tərəfləri mövcuddur: “Birincisi, Ermənistan KTMT-dən çıxsa belə, iqtisadi amillərə görə Avrasiya İqtisadi İttifaqına ehtiyacı var və Lukaşenko ilə bu ittifaq çətiri altında üz-üzə gələcək. İkincisi, Lukaşenko Putinin müttəfiqi kimi Aİİ-də daha güclü mövqeyə sahibdir və istisna deyil ki, təşkilatdakı mövqelərindən Ermənistana qarşı istifadə edəcək. Belarus prezidentinin ”Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, onu itirə bilərik" açıqlaması bu baxımdan çox şeyi ifadə edir".
Siyasi ekspert Ramiyə Məmmədova rəsmi İrəvanın qərarını bəsit siyasi gediş adlandırır. Onun fikrincə, məhz indi bu addımın atılmasının KTMT ilə əlaqədar olduğu gün kimi hər kəsə aydındır. Təhlilçinin zənnincə, əlaqələrin yenidən bərpası mümkündür, amma Paşinyan da mövqeyindən geri çəkilməlidir: “Baş nazir deyib ki, Lukaşenko hakimiyyətdə olduğu müddətdə rəsmi səfərlər olmayacaq. Amma Rusiyanın bu məsələdə vasitəçiliyi realdır. Sadəcə, Ermənistan KTMT-dən qopur deyə iki ittifaq dövlətini ittiham etməyə başlayıb. Paşinyanın xarici siyasət vektoru artıq açıq şəkildə nümayiş olunur. Qərbin də bu prosesə dəstəyi istisna deyil. Sadəcə, Ermənistan hakimiyyəti yalan danışır və Belarusun Azərbaycana hərbi yardımı olmayıb, iki ölkə arasında silah alqı-satqısının olması isə normaldır, bütün ölkələr müqavilələr imzalayıb eyni mübadiləni aparırlar. Sadəcə, erməni həyasızlığı sərhəd tanımır. Paşinyan utanmadan danışır ki, guya bizə yardım olub, bəs Rusiyanın Ermənistana pulsuz hədiyyə etdiyi silahlardan niyə söz açmır?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
|