Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                 

Makron nokauta salındı: Avropa İttifaqında nə dəyişəcək? - GƏLİŞMƏ
Tarix: 11-06-2024, 13:05 | Çap et
Makron nokauta salındı: Avropa İttifaqında nə dəyişəcək?
Elçin Alıoğlu -TREND

Avropa İttifaqına daxil olan 27 ölkənin vətəndaşlarından ibarət birpalatalı Avropa Parlamenti AİM-nin siyasi strukturudur.

Aİ-nin təsis sənədlərinə müvafiq olaraq Avropa Parlamenti Aİ Şurası ilə birlikdə qanunverici, büdcə, siyasi nəzarət və məşvərət funksiyalarını həyata keçirir.

Plenar iclaslarının Strasburqda keçirildiyi, katibliyinin Lüksemburqda yerləşdiyi, komissiyalarının isə Brüsseldə fəaliyyət göstərdiyi Avropa Parlamentinin heyəti hər 5 ildən bir seçilir.

Aİ-nin 27 ölkəsində Avropa Parlamentinə seçkilər proporsional sistem üzrə keçirilir. Seçilmiş deputatların sayı 720 nəfərdir.

Avropa Parlamentiə keçirilmiş son seçkilərlə bağlı ümumi duruma nəzər salmazdan əvvəl, nəticələrin nələr vəd etdiyini təxmin etməyə çalışaq.

Əsas məsələ budur ki, seçkilərdə radikal sağçı və mərkəzçi-sağçı partiyalar ciddi uğurlara nail olsalar da, onların arasında sıx kooperasiya və birlik yoxdur.

Avropa Parlamentində və ümumiyyətlə, Avropa İttifaqının siyasətində sas dəyişikliklər "yaşıl siyasət"lə, yəni ətraf mühitin mühafizəsi tədbirləri ilə bağlı olacaq.

Aİ-də mühacirlərlə bağlı siyasətin sərtləşməsini düşünmürük, çünki qanunsuz mühacirlərin sayını azaltmaq və axınını səngitmək üçün Brüssel illər əvvəl Türkiyə və Tanzaniya kimi ölkələrlə, daha sonra Liviya və Mərakeş təki Şimali Afrika dövlətləri ilə anlaşmalar imzalayıb.

Aİ-nin Şərqə doğru genişlənməsi prosesi, xüsusilə də Ukraynanın və Moldovanın İttifaqa qəbulu məsələsi daha uzaq perspektivlərədək yubana bilər.

Etiraz edəcək əsas ölkələr fermerləri Aİ-dən əhəmiyyətli həcmdə dotasiya alan Fransa, Belçika, Polşa, Slovakiya, Çexiya və Rumıniya olacaqlar. Taxıl istehsalı böyük olan Ukraynanın Avropa İttifaqına qəbul olunması həmin fermerlər üçün arzuolunmaz perspektivlər vəd edir.

Müdafiə xərclərinə gəldikdə isə, sağçıların və radikal sağçıların uğurlarına rəğmən, Aİ-nin siyasətində ciddi dəyişikliklər təxminlənmir. Ukraynada gedən hərbi əməliyyatlar müdafiə xərclərini Aİ üçün prioritet məsələlərdən birinə çevirib.

Seçkilərin nəicələrinə gəldikdə - mərkəz sağçı Avropa Xalq Partiyası mövqelərini daha da möhkəmləndirib. Son hesablamalara görə, AXP Avropa Parlamentindəki 720 mandatdan 184-nə yiyələnib və ötən seçkilərlə müqayisədə 10 mandat daha çox qazanıb.

Sonrakı yerləri sol-mərkəzçi "Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı" (139 yer) və liberal-mühafizəkar "Avropanı Yeniləyərək" (Renew) qrupu (80 yer) tutublar. Beləliklə, mərkəzi və mühafizəkar yönlü partiyalar Avropa Parlamentində 400-dən çox mandat əldə ediblər.

Fransa və Almaniyadakı uğurlara rəğmən, sağ-mərkəzçi və radikal sağçı partiyalar Avropa Parlamentindəki yerlərinin sayını əhəmiyyətli dərəcədə artıra bilməyiblər. Belə ki, "Avropa Mühafizəkarları və İslahatçıları" Alyansı 73, "İdentiklik və Demokratiya" isə 58 mandata yiyələniblər.

"Avropanın Birləşmiş Solları" koalisiyası 38 mandat qazanıbsa, heç bir fraksiyanın üzvü olmayan deputatlar 98 yer alıblar. "Yaşıllar" isə ciddi uğursuzluğa düçar olublar: ötən seçkilərdə 71 mandat aldıqları halda indi onların mandatlarının sayı 52-dir.

İfrat sağçı və radikal partiyalar isə bayram edirlər. Məsələn, Almaniyada səslərin 15,6 faizini qazanmış sağçı-populist "Almaniya üçün Alternativ" partiyası Avropa Parlamentində 14 yerə sahiblənib.

Ümumiyyətlə isə, Almaniyadakı seçkilərdə iqtidardakı Xristian-Demokratik İttifaq və Bavariyadakı Xristian-Sosialist Birlik koalisiyası 30,3 faiz səslə ilk yeri tutub. Almaniya Sosial-Demokrat Partiyası isə tarixi boyu ən pis nəticə göstərərək səslərin cəmi 14,1 faizin alıb.

Fransada ifrat sağçıların "Milli Birlik" alyansı səslərin 31,5 faizini, prezident Emmanuel Makronun lider olduğu "İntibah" partiyası isə 14,5 faizini qazanıb. Məhz bu səbəbdən E.Makron Avropa Parlamentinə seçkilərin nəticələri bəlli olan kimi ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxılması və növbədənkərar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Fransada Milli Assambleyaya seçkilərin ilk mərhələsi iyunun 30-na, ikinci mərhələ isə iyulun 7-nə təyin olunub. Mari Le Penin lider olduğu "Milli Vəhdət" seçkilərdə parlament çoxluğuna nail olarsa, Emmanuel Makronun daxili siyasətə təsir imkanları minimuma enəcək.

Belçikada da sağlar qalib gəlib.

"Flamand marağı" səslərin 13,9 faizini toplayıb. Baş nazir Aleksander de Kronun başçılıq etdiyi "Açıq Flamand Liberallarıvə Demokratları" Partiyası 5,4 səslə fiaskoya uğrayıb. Nəticədə baş nazir istefa verib.

Hollandiyada radikal sağçı Gert Vildersin Azadlıq Partiyası 6 mandata yiyələnibsə, Kiprdə ifrat sağçı ELAM partiyası tarixində ilk dəfə Avropa Parlamentində təmsil olunmaq hüququ əldə edib.

Sağçılar İtaliyada ("İtaliyalı Qardaşlar" - səslərin 28,5 faizi), İspaniyada ("Xalq Partiyası" - 34,! faiz) və Avstriyada ("Avstriya Azadlıq Partiyası" - 25,7 faiz) da qalib gəliblər.

Beləliklə, Fransa, Almaniya və İtaliyada radikal sağçı siyasi qüvvələrin uğurları onlara Avropa Parlamentində deputat mandatlarının faktiki olaraq 25 faizinə yiyələnməyə imkan verib.

Avropa İttifaqı ölkələri arasında ifrat sağçıların və radikalların ən ciddi uğura nail olduqları ölkə Fransadır. Avropa Parlamentində Fransa üçün nəzərdə tutulmuş 81 mandatlıq kvotanın 30 mandatına yiyələnmiş “Milli Vəhdət” Partiyası faktiki olaraq rəsmi Parisin fiaskosu sayıla bilər.

Bütün bunlara rəğmən, Avropa İttifaqındakı sağ mərkəzçilər, sol mərkəzçilər, liberallar və «yaşıllar» 720 mandatdan 460-na yiyələnərək çoxluğu qoruyub saxlayıblar.

Üstəlik, sağçılar arasında da ciddi fikir ayrılıqları və toqquşmalar var.

Belə ki, “Milli Vəhdət”in lideri Mari Le Pen “Almaniya üçün Alternativ»i sərt tənqid edərək, partiyasından olan deputatların Avropa Parlamentində «ifrat dərəcədə radikalizmə yuvarlanmış almanlarla koalisiya yaratmayacaqlarını» bəyan edib.

“İdentiklik və Demokratiya” alyansı Avropa İttifaqında hərbi inteqrasiyaya qarçı çıxır, italyan sağçılar isə tam əksinə, Avropa İttifıqının birgə ordusunun yaradılmasına çağırırlar.

Beləliklə, seçkilərin Avropa İttifaqının strategiyasında və siyasətində köklü, genişmiqyaslı dəyişikliklərə səbəb olmayacağını deyə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru